Dünya 09.09.2019 18:40

Almaniyada neonasist şəxs mer seçildi

Almaniyanın Hessen vilayətindəki kiçik Faldsiedlunq şəhərinə neonasist şəxsin mer seçilməsi aparıcı siyasi partiyaları qəzəbləndirib.

Rakus.az xəbər verir ki, neonasist Stefan Yadş sağ təmayüllü Nasional Demokratik Partiyasından (NDP) Frankfurt Mayn yaxınlığında yerləşən şəhərin yeddi bələdiyyə üzvü tərəfindən mer seçilib. Cəmi 2 650 nəfər sakini olan bu şəhərdə keçirilən seçkilərdə onun rəqibi olmayıb. NDP bu seçkinin qarşısını almaq istəsə də, məlum olub ki, bu addım ölkə Konstitusiyasına ziddir.
Qeyd olunur ki, Kansler Angela Merkelin Xristian Demokrat İttifaqı (CDU), onun koalisiya tərəfdaşı, sol təmayüllü Sosial Demokrat Partiyası (SPD) və liberal Azad Demokratlar Partiyasının şəhərdəki təmsilçiləri də neonasist namizədi dəstəkləyiblər.
Faldsiedlunq şəhərinə yaxın olan Altenstadtda SPD-nin lideri Markus Brando bildirib ki, NDP-nin neonasist namizədi seçkilər zamanı burada olan boşluqdan istifadə edib. Lakin partiyaların liderləri daha sərt mövqe nümayiş etdirərək seçkinin nəticələrini qətiyyətlə pisləyiblər. CDU-nun lideri Anneqret Kramp-Karrenbauer səsvermənin nəticələrinin ləğvinə çağırıb. Partiyanın baş katibi Pol Zyemyak isə bildirib ki, konstitusiya əleyhinə fəaliyyət göstərən şəxsin mer seçilməsi qanuna ziddir. SDP-nin baş katibi Lars Klinqbeyl isə deyib: “SDP-nin mövqeyi qətidir. Biz nasistlərlə əməkdaşlıq edə bilmərik! Heç bir vaxt! Bu, federal, regional və rayon səviyyələrində də mümkün deyil. Bu vəziyyət dərhal düzəldilməlidir”.
Neonasist mer isə bildirib ki, o, şəhər sakinlərinin maraqlarına xidmət edəcək və bütün partiyaların təmsilçiləri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO