Hadisə 11.09.2019 12:45

“Azsığorta”nın sədri məhkəməyə verildi

Bir neçə istehlakçı, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər “Azsığorta” ASC-nin onlarla ədalətli rəftar olunmamasından, sığorta hadisəsi ilə bağlı zərərlərini vaxtında və ədalətli qiymətləndirilməməsindən, sığorta tələbi üzrə sığorta ödənişlərini mümkün olan ən tez müddət ərzində ödənilməməsindən, həmçinin müraciətlərə vaxtında baxılıb həll edilməməsindən sığorta sahəsi üzrə ekspert və hüquqşünaslar İlkin İbrahimova və Tural Şükürova şikayət edib.
Rakus.az xəbər verir ki, bununla bağlı Sığorta Hüquqpozmalarından Müdafiə birliyindən məlumat verilib.
Sözügedən şikayətləri araşdırmaq və informasiya əldə etmək məqsədilə sığorta şirkətinin və onun Direktorlar Şurasının sədrinin müvafiq vəzifələrinin həyata keçirilməsi barədə “Azsığorta” ASC-yə vəkil sorğusu göndərilib.
Bununla bağlı, “Azsığorta” ASC-ni İdarə Heyəti tərəfindən hazırda müəyyən olunmuş nöqsanların (müvafiq təlimatın olmaması, müştərilərlə (istehlakçılarla) ədalətli rəftar olunmaması və s.) aradan qaldırılması üzrə işlərin getməsi haqqında şifahi məlumat verilib.
Lakin sorğu məzmunu üzrə rəsmi olaraq cavablandırılmamış, yalnız ümumi sözlərlə “kommersiya və sığorta sirri” haqqında cümlələr yazılmaqla məsələyə aid olmayan məktub göndərilib.
Bununla da qanunun tələbi pozularaq, hüquqşünaslara peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq üçün şərait yaradılıb.
Hüquqşünaslar da sığorta şirkətini və onun Direktorlar Şurasının sədri Viladi Maniyevi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verib.
Xatırladaq ki, müştərilərlə ədalətli rəftar olunması, o cümlədən, onlara müvafiq məlumatların verilməsi, şəxsi məlumatlarının məxfiliyinin bu qanuna uyğun olaraq qorunması, sığorta hadisəsi ilə bağlı zərərlərin vaxtında və ədalətli qiymətləndirilməsi, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin sığorta tələbləri üzrə sığorta ödənişlərinin mümkün olan ən tez müddət ərzində ödənilməsi, həmçinin sığortalıların və digər müştərilərin şikayətlərinə vaxtında baxılıb həll edilməsi üzrə təlimatı təsdiq etmək (Qanunun 30.1.3-cü maddəsi) və sığortaçının Qanunun 30.1.1-30.1.6-cı maddələrində nəzərdə tutulmuş siyasətə, strategiyalara və təlimatlara ciddi riayət etməsinə, şəraitin dəyişməsi nəzərə alınmaqla bu sənədlərə mütəmadi qaydada yenidən baxılmasına daimi nəzarəti həyata keçirmək (Qanunun 30.1.7-ci maddəsi) Sığortaçının Direktorlar Şurasının  195 417 (yüz doxsan beş min dörd yüz on yeddi) manat maaş alan sədrinin bilavasitə vəzifələridir. (Qaynarinfo)

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 20.11.2026 11:05
Bala Məzrə kənd məktəbinin tarixini əks etdirən kitabın təqdimatı olub - FOTO
Maraqlı, Siyasi, Sosial / 20.11.2026 09:16
Qərbi Azərbaycan Həqiqətləri: Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları - FOTO - VİDEO
İdman / 20.11.2026 00:02
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq? - FOTO
Gündəm, Hərbi, Siyasi / 20.11.2026 00:01
Yaddaşdan silinməyən tarix: Qarakənd faciəsi 35 - FOTO
Maraqlı, Siyasi, Sosial / 18.11.2026 17:09
Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Maraqlı, Siyasi, Sosial / 17.11.2026 22:04
Qərbi Azərbaycan Həqiqətləri: Kənddə azərbaycanlılardan nə iz qaldı? - FOTO - VİDEO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO