Dünya 04.12.2019 08:33

Almaniya və Fransa liderləri mətbuata açıqlama verdi

“İdlib də daxil olmaqla Suriya vətəndaşlarına təhlükə yaradacaq hücumların dayandırılması mövzusunda razılıq əldə olundu”.

Rakus.az xəbər verir ki, bunu Almaniya və Fransa liderləri Suriya mövzusunda Londonda keçirilən Zirvə görüşündən sonra mətbuata açıqlamalarında bildiriblər.

Zirvədə əsas gündəmin Suriyadakı vəziyyətin müzakirə edilməsi olduğunu deyən Angela Merkel bildirib ki, İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi və başa çatdırılması ilə bağlı 4 ölkə lideri həmfikir olduqlarını vurğulayıb: “Bu məsələlərin icra mexanizmi və s. barədə  danışıqlarımız davam edəcək”.

Merkelin sözlərinə görə,  BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen siyasi mərhələ üçün fəaliyyətləri aktiv şəkildə dəstəkləyəcəklərini bildirib.

Suriyalı didərginlərin Türkiyənin və Rusiyanın nəzarətində olan təhlükəsiz bölgəyə qaytarılması məsələsinin yalnız BMT-nin iştirakı ilə mümkün olacağını deyən Almaniya Kansleri bu proseslə bağlı da danışıqların davam edəcəyini vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makron isə bildirib ki, Suriya mövzusunda bütün qeyri-müəyyənliklər hələ aradan qaldırılmayıb: “İŞİD və terror ilə mücadilə məsələsində bir iradənin ortaya qoyulması çox önəmlidir”. Makron qaçqınlar mövzusunda əməkdaşlığın davam etməsinin lazım olduğunu da deyib. O, Suriya böhranının başa çatması üçün fəaliyyətlərin davam etməsi məsələsində liderlərin ortaq fikirdə olduğunu vurğulayıb.

Xatırladaq ki, dekabrın 3-də Londonda NATO-nun 70 illiyi münasibətilə quruma üzv ölkələrin Zirvə görüşü başlayıb. Görüşdən sonra İngiltərə kraliçası II Yelizaveta görüşdə iştirak edən NATO-ya üzv dövlət rəsmiləri üçün ziyafət verib. Toplantı sabah davam edəcək.

XƏBƏR LENTİ
Gündəm / 28.05.2026 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür