Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini saxlanılıb.
Rakus.az xəbər verir ki, humanitar məsələlər üzrə müavini Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.
Xatırladaq ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.(bakupost.az)