Azərbaycanın ən yaşlı seçicisi vəfat etdi
Qusarın ən yaşlı sakini-105 yaşlı Nazirat Vəlimətova vəfat edib.
Rakus.az xəbər verir ki, bu barədə mərhum nənənin ailə üzvləri məlumat veriblər. Qusarın Düztahir kəndində yaşayan Nazirat Vəlimətovanın 3 övladı, 10 nəvəsi və 25 nəticəsi var.
Nazirat Vəlimətova yaşlı olsa da, cəmiyyətdə, ölkədə baş verən hadisələrə biganə qalmayıb. Sonuncu bələdiyyə seçkilərində – 2019-cu il dekabr ayının 23 -də keçirilən seçkilərdə özünün səs verməsini istəyib. Ailə üzvlərindən xahiş edib ki, evə gəlib onun səs verməsini təmin etsinlər. Bu səbəbdən 51 saylı Qisar DSK-nın Düztahir kəndindəki 20 saylı məntəqəsi ailənin müraciəti əsasında evə daşınan qutu gətirərək Qusarın ən yaşlı seçicisi Nazirat Vəlimətovanın səsini verməsini təmin etmişdi. İstiPress-in “Yeni seçilən bələdiyyə üzvlərindən nə istəyirsən?” sorğusuna Nazirat nənə “Kasıblara yardım etsinlər” demişdi.
Ailə üzvlərinin məlumatına görə, son günlər ürəyindən müalicə olunan Nazirat Vəlimətova qəfildən dünyasını dəyişib. Bu uzunömürlü qadın “Həmişə sülh olsun, müharibə olmasın, ermənilərə nifrət edirəm” deməsilə həmişə İstiPress-çilərin müsahibi olub. O, Qusarda yaşı 100-ü ötmüş 2 nəfərdən biri idi. (İstiPress)
Allah rəhmət eləsin!