Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə öldü
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki ölüm faktı qeydə alınıb.
Rakus.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, xəstələrdən biri 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yanvarın 30-da saat 21.45-də İnstituta daxil olub.
Xəstə fevralın 3-də saat 07.30-da ölüb.
Digəri isə 1983-cü il təvəllüdlü Quba sakini yanvarın 17-də ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı, böyrək transplantasiyasından sonrakı vəziyyətlə Reanimasiya şöbəsinə daxil olub.
Xəstə fevralın 2-də saat 05:10-da ağciyər–ürək çatışmazlığından ölüb.
Xatırladaq ki, 2019-cu il sonlarında və bu ilin əvvəlində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 7 nəfər ölüb.(apa.az)