Səhiyyə 20.03.2020 19:40

“COVID-19-la bağlı yardıma hazıram” – Kölndə çalışan azərbaycanlı həkim

“Yeni növ koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Azərbaycan Prezidentinin son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) pandemiyasının ciddiliyini nəzərə alaraq verdiyi mühüm qərarlar – Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün verdiyi fərman və bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə bağlı verilən fərman – hər bir millətini sevən vətəndaş tərəfindən alqışlanmalıdır. Bu, bir daha onu göstərir ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yarada biləcək problemləri birbaşa ölkə başçısının ciddi nəzarətindədir. Son günlər ölkədə atılan alqışa layiq profilaktik tədbirlərə nəzər salsaq, həqiqətən, onların birbaşa insanların sağlamlığına hesablandığını görürük ki, bu da Avropa ölkələrindən heç də fərqlənmir”.

Rakus.az xəbər verir ki, bunu “Report”a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

O bildirib ki, bu profilaktik tədbirlər Azərbaycanda daha da güclənməlidir: “Belə ki, əhalinin sıx toplaşdığı yerlərin, bütün restoranların və uşaq əyləncə mərkəzlərinin günün müəyyən saatlarındakı fəaliyyətləri deyil, gün ərzindəki bütün fəaliyyətləri tamamilə məhdudlaşdırılmalıdır. Eyni zamanda ictimai nəqliyyatdan istifadənin də virusun ciddi şəkildə kəskin yayılmasına səbəb olduğunu nəzərə alaraq ondan istifadənin minimuma endirilməsi çox vacib amildir. Əmin ola bilərsiniz ki, bu mühafizə tədbirlərinin atılması ilə Azərbaycan bir çox Avropa ölkələrindən bir neçə addım bir daha önə çıxa bilər və hətta bir neçə gün sonra mühafizə məqsədli fövqəladə hal elan edilməsi Azərbaycan dövlətinin nə qədər uzaqgörən olduğunu dünyaya çatdırar”.

N.Abdullayevin fikrincə, Koronavirusla Mübarizəyə Dəstək Fonduna sadəcə maddi dəstək deyil, eyni zamanda ondan da önəmli olan bu virusla mübarizədə təcrübələr, diaqnostik və müalicə bacarıqları da cəlb olunmalıdır: “Belə ki, xaricdə yaşayan və son zamanlar koronaviruslu xəstələrlə təcrübəsi olan bütün azərbaycanlı həkim və elm adamlarının təcrübəsi və elmi dəstəyi cəlb olunmalıdır ki, bunu da onlar özlərinə şərəf borcu bilməlidirlər. Bu istiqamətdə mən də əlimdən gələn köməkliyi Fonda fəaliyyətə başlayan kimi göstərməyə hazıram”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO