İran tərəfi ABŞ-ın təklif etdiyi süni nəfəs aparatlarından imtina edib.
Rakus.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz sosial media səhifəsində məlumat yayıb.
O bildirib ki, tezliklə İran özü belə aparatları ixrac etməyə başlayacaq:
“Prezident Tramp, sizin etməli olduğunuz tək şey başqa millətlərin işlərinə, xüsusən də mənim millətimin işlərinə qarışmamaqdır. İnanın ki, heç bir ABŞ siyasətçisinin tövsiyələrini qəbul etmirik”.