Aviasiya üç ildən tez bərpa olunmayacaq – PROQNOZ
“Aviasiya sənayesi koronavirus (COVID-19) pandemiyasının təsirindən 2023-cü ildən tez çıxa bilməyəcək və bərpa olunmayacaq. Sektor dərin problemlərlə üz-üzədir”.
Rakus.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq kredit reytinq agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, iqtisadi geriləmə, artan işsizlik, xarici səyahətlərə tətbiq edilən məhdudiyyətlər nəticəsində sərnişin təyyarələrinə tələbat 2021-2022-ci illərdə aşağı qalmaqda davam edəcək. Hazırda daha güclü, dövlət dəstəyi verilən aviaşirkətlər borc almaqla likvidliyini təmin edir, bu proses də 2023-cü ilə qədər davam edəcək.
Xatırladaq ki, “Moody’s” mayın 25-dən bəri 13 aviadaşıyıcının kredit reytinqini endirib, 6 aviaşirkətin kredit reytinqini isə əvvəlki kimi təsdiqləyib.