Dünya 25.07.2020 21:00

AZAL İstanbul, Berlin və Londona uçuşlar reallaşdıracaq

“Azərbaycan Hava Yolları” (AZAL) cari ilin oktyabr ayının sonunadək Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirməyə davam edəcək.

Rakus.az xəbər verir ki, yeni cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona – hər həftə cümə axşamları, Berlinə – cümə günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi “www.azal.az” saytında əldə etmək olar. Bakı-İstanbul reysinə aviabiletlər Azərbaycan, Türkiyə və bu ölkəyə gəlmək hüququ olan digər dövlətlərin vətəndaşları tərəfindən əldə edilə bilər.
Bakı-London reysi ilə Böyük Britaniyaya gəlmək hüququ olan sərnişinlər daşına bilər. Bundan əlavə, uçuşdan əvvəl 48 saat ərzində “www.gov.uk/provide-journey-contact-details-before-travel-uk” saytında onlayn anket doldurulmalıdır. Anket göstərilən müddət ərzində doldurulmadığı təqdirdə Londonun “Heathrow” hava limanının miqrasiya strukturlarının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilərlər.
Bakı-Berlin reysindən Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları yararlana bilərlər.
Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr vətənə qayıtdıqda hər üç istiqamətdə aviabilet alarkən 30 faiz endirimdən yararlana bilər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: “https://youtu.be/HylsY0m9cEM”
Bakı istiqamətində yerinə yetirilən reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı siyahıda qeyd olunan şəxslərə icazə verilir:
• Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
• Ailə üzvləri (həyat yoldaşı, valideynləri və ya azyaşlı övladı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
• Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
• Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbilər;
• Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə “https://www.azal.az/az/information/covid-clinics” saytında tanış ola bilərsiniz.
Xaricdə COVID-19-a dair testdən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur.

İstənilən halda həmin arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.
Təsdiq edilmiş qaydalara əsasən pandemiya dövründə yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud 30x35x10 santimetr ölçüdən böyük olmayan portativ kompüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. “Duty free” mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində daşınması qadağandır.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. “Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: “https://youtu.be/-s-0s4o1L2M”

XƏBƏR LENTİ
İdman / 20.11.2026 00:02
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq? - FOTO
Maraqlı, Siyasi, Sosial / 18.11.2026 17:09
Qərbi Azərbaycan Həqiqətləri: Salah kəndinin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Maraqlı, Siyasi, Sosial / 17.11.2026 22:04
Qərbi Azərbaycan Həqiqətləri: Kənddə azərbaycanlılardan nə iz qaldı? - FOTO - VİDEO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial / 07.11.2026 17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO