“Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu” – Ali Sunal
“Bu yaxınlarda dedilər ki, Azərbaycan televiziya kanallarında yayımlanan bütün türk filmləri dublyaj olunur. Yalnız atamın səsinin üzərinə dublyaj etmirlər. Demək ki, atam xalqınıza o qədər doğma, yaxındır ki, onun səsini orijinaldan, özündən dinləmək istəyirsiniz. Bu, yaxşı mənada, mənim qəlbimə çox toxundu”
Rakus.az xəbər verir ki, bu sözləri Publika.az-a müsahibəsində Kamal Sunalın oğlu Ali Sunal deyib.
O, azərbaycanlı həyat yoldaşı Nazlı Qurbanzadədən də söz açıb:
“Həyat yoldaşım İran azərisidir. Azərbaycanlı qardaşlarımız sahibləndi, biz də sevindik. Demək istəyirəm ki, biz doğulduğumuz ərazini seçmirik. Önəmli olan bir-birimizə duyduğumuz istilik, doğmalıqdır. Azərbaycan xalqı da məni və ailəmi bu doğmalığa layiq gördüsə, nə mutlu mənə…”