Azərbaycan “1-ci Robotexnika yarışması”nda ilk onluğa düşdü - FOTO
Oktyabrın 27-31 tarixlərində Özbəkistanın Daşkənd şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində gənclər arasında “1-ci Robototexnika yarışması” keçirilib.
Rakus.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, yarışlar 2 kateqoriya – “ROBOT SUMO” və “ROBOT FUTBOL” kateqoriyaları üzrə təşkil olunub.
“1-ci Robototexnika yarışması”nda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi və AREA – Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə hazırlanan komanda təmsil edib.
AREA-nın təsisçisi Rəhman Rəsulzadənin mentorluq etdiyi, AREA təlimçisi Emin Bayramov və Xəzər Universitetinin tələbəsi Məhəmməd Məmmədlidən ibarət komanda üzvləri “ROBOT SUMO” yarışı üzrə 18-23 yaş kateqoriyasında iştirak edib.
Qeyd olunub ki, 100-dən çox ölkədən nümayəndənin qatıldığı yarışda Azərbaycan ilk dəfə olaraq təmsil olunub və 7-ci yerə çıxaraq ilk onluğa düşüb.