Texnologiya 14.04.2019 02:25

Azərbaycan üzv seçildi, ermənilər paxıllıq etdi - FOTO

Parisdə Avropa Peyk Rabitəsi Təşkilatının (EUTELSAT) Tərəflər Assambleyasının 41-ci sessiyası keçirilib. Sessiya çərçivəsində təşkilatın seçkili orqanı olan Məşvərət Komitəsinin yeni tərkibinə seçkilər keçirilib və Azərbaycan Məşvərət Komitəsinə üzv seçilib.

Rakus.az xəbər verir ki, Ermənistanın Fransadakı səfirliyinin əməkdaşı təxribata əl ataraq ölkəmizin Məşvərət Komitəsinə üzv seçilməsinə mane olmaq istəsə də, buna nail ola bilməyib. O, Məşvərət Komitəsinə 9 dövlətin seçilməsi qərarının əleyhinə olduğunu bildirib.

“Azərkosmos” ASC və ölkəmizin Fransadakı səfirliyinin apardığı işlərin nəticəsində Tərəflər Assambleyasına sədrlik edən Monako, Məşvərət Komitəsinə sədrlik edən Almaniya və EUTELSAT-ın icraçı direktoru Pyotr Dmoçovski-Lipski Ermənistanın etirazının əsassız olduğunu və tutduğu mövqeyin səbəbinin aydın olmadığını bildiriblər. Ermənistan tərəfinin əsassız səylərinə və cəhdlərinə baxmayaraq, ölkəmiz digər namizədlərlə birgə EUTELSAT ölkələrinin əksər dövlətlərinin dəstəyi ilə Məşvərət Komitəsinə iki il müddətinə üzv seçilib.

Qeyd edək ki, EUTELSAT-ın Məşvərət Komitəsində 2 il müddətlik mövcud vakant yerə 8 üzv seçilir, bunlardan biri daimi olaraq notifikasiya verən ölkə (Fransa) seçilir.

Qurumun 41-ci sessiya çərçivəsində Məşvərət Komitəsinə seçilmək üçün ölkəmizlə yanaşı Türkiyə, Almaniya, Macarıstan, İtaliya, Lüksemburq, Polşa və İsveçrənin namizədlikləri irəli sürülmüşdü. Təşkilatın qaydalarına müvafiq olaraq, Məşvərət Komitəsinə Fransadan əlavə 7 ölkədən çox dövlətin namizədliyi irəli sürülürsə, sessiya sədri namizəd dövlətləri danışıqlara çağırır və rotasiya prinsipi əsasında konsensusun əldə olunmasını təşviq edir.

Tədbirin ilk günü namizəd ölkələr arasında aparılan danışıqların nəticəsi olaraq, komitəyə öncəki dövrdə üzv olan dövlətlərin (İsveçrə və Lüksemburq) rotasiya prinsipi əsasında namizədliklərini geri çəkmək istəməməsi və əvvəlki seçkilərdə qəbul edilmiş qərarlar nəzərə alınaraq hazırkı sessiyada bütün namizəd ölkələrin Məşvərət Komitəsinə seçilməsi qərarı verilib.

Avropa Peyk Rabitəsi Təşkilatının Tərəflər Assambleyasının 49 ölkənin nümayəndəsinin iştirak etdiyi 41-ci sessiyasında ölkəmizi “Azərkosmos” ASC-nin hüquq departamentinin direktoru İlqar Abdullayev və ölkəmizin Fransadakı səfirliyinin əməkdaşı Suliddin Məmmədov təmsil ediblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO