Mədəni 26.12.2023 12:01

Növrəs İman möcüzəsi – 120 illik yubiley mənzərəsi - FOTO

Dekabrın 25-də Nizami Kino Mərkəzində “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Növrəs İmanın 120 illik yubiley tədbiri keçirilib.

Rakus.az xəbər verir ki, məclisi “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli açıb.

Əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

X.Ələsgərli ustad aşıq Növrəs İmanın ömür yolundan danışaraq deyib ki, uşaq yaşlarından fitri istedada sahib olan Növrəs İman ustad Aşıq Ələs­gərin qardaşı Məşədi Salahın oğludur və 1903-cü ildə Göy­­çə mahalının Ağkilsə kən­­­dində dünyaya gəlib. İman təhsilini Göyçənin Hü­seyn­quluağalı (Nərimanlı) kən­­­dində mollaxanada alıb. Bun­dan sonra o dövrdə diq­qəti cəlb edən dini, bədii və tarixi kitabları mütaliə yo­lu ilə çox zəngin bilik əl­də edib. Sovet hakimiyyəti qurulduqdan sonra İman bir müd­dət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləyib. Lakin bütün varlığı ilə Al­laha, dinə bağlanan İman din xadimlərinin təqib olundu­ğunu, məscidlərin dağıdıldığını, “Qurani-Kərim”in yandırıl­dı­ğını görəndə, bu quruluşa qarşı onda kəskin bir nifrət yaranıb və tutduğu vəzifəni tərk edib”.

Onun sözlərinə görə, nakam ömür sürən ustad şair, aşıq Növrəs İman uşaq yaşlarından fitri istedada sahib olub: “Onun taleyi acılarla dolu keçib. Lakin buna baxmayaraq N.İman aşıqlıq sənəti ilə dərdini və etirazını hər zaman dilə gətirib. Ustad aşıq dövrün siyasi xətti və tələblərinə etiraz edib, ictimai quruluşun çatışmazlığını yazdığı çoxdüşündürücü yaradıcılığı ilə ifşa edib”.

Məclisi aparmaq üçün söz tibb elmləri doktoru İbadulla Ağayevə verilib. O, aşıq poeziyasını həyati müşahidələrlə zənginləşdirən, məzmun, forma rəngarəngliyi, eləcə də saf, duru xalq dilindən istifadə baxımından Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərən Aşıq Ələsgər məktəbinin yetirmələrindən olan Növrəs İman yaradıcılığının zəngin xüsusiyyətlərindən söz açıb: “Onun şeirlərində olan ifadələr, fikirlər “Qurani-Kərim”in surələrindəki ayrı-ayrı ayələrdən qaynaqlanıb. Novrəs İmanın söylədiyi fəlsəfi fikirlər hər zaman xalqın intibahı üçündür. O, Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan olan ustad Aşıq Ələsgərin yaradıcılıq suyundan bəhrələnən el şairi kimi hər zaman şifahi xalq ədəbiyyatında özünəməxsus yeri var”.

Akademik, Folklor İnstitutunun direktoru Muxtar İmanov, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, alim, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov, araşdırmaçı jurnalist Qabil Zimistanoğlu çıxışlarında aşıq-şairin dini səpkili şeirlərini geniş təhlil edib, şairin yoxa çıxması ilə bağlı fikirlərini bölüşüblər.

Vurğulanıb ki, N.İmanın müxtəlif adlar altında Gəncədə, Təbrizdə şerlər yazması barədə fkirlər də mövcuddur: “Lakin belə təxminlər də var ki, o, məhz yaradıcı fəaliyyətinə görə, o dövrün quruluşuna tabe olmadığına görə siyasi hakimiyyət tərəfindən aradan götürülüb. Digər versiyaya görə, İman 1930-cu ildə əsəb xəstəliyinə tutulub və 1932-ci ildə itkin düşüb. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat əldə olunmayıb”.

Diqqətə çatdırılıb ki, Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşıb. Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerlər yazıb. Təəssüf ki, o , xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv edib. Deyilənlərə görə onun dram əsərləri də olub. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şerlərinə cavab yazıb və açılmamış qıfılbəndləri açıb.

Çıxış edənlər onu da söyləyiblər ki, gənc yaşlarından şair kimi tanınan İman 1925-ci il­dən saz götürüb aşıqlıq eləməyə başlayıb. Dini mövzu­da olan şeirlərin məclislərdə oxunması yasaq edilməsi İma­nı daha da bədbinləşdirmiş, “Mənim mətahım daha burada işləmir; bu ölkədən baş götürüb gedəcəəm” – deyərək, sa­­zı­nı daşa çırpıb. O, şeir yazdığı dəftərləri də təndirə tö­küb yandırıb. İmanın belə hərəkətlərini bir çoxları onun “başına hava gəlməsi” kimi izah edirdilər. Novrəs İman belə əsəbi halda 1930-cu ildə Göyçədən Azərbaycana gəlmiş, 1932-ci ildən isə yoxa çıxıb.

Xatırlatma verilib ki “Novrəs” təxəllüsü ilə şeir yazan bu nakam şairin əsər­lərini hamı sevir və əzbərləyir. Son zamanlar Tovuz rayonunun Aşağı Ayıblı kəndindən İmanın öz əlilə yazdığı bir dəftəri tapılıb. İndi onun əlimizdə olan dörd min misra­dan ibarət müxtəlif şəkilli şeirləri var. 2004-cü ildə “Səda” nəşriyyatında şeirlərini demək olar ki, tam əhatə edən kitabı çap olunub.

Filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər Növrəs İmana həsr etdiyi şeirini səsləndirib.

Tədbirdə çıxış edən müasir aşıq poeziyamızın nümayəndələri, aşıq Ədalət Dəlidağlı, əməkdar mədəniyyət işçisi, aşıq Bəhmən Kazımov, filologiya üzrə fəlsəfə doktoru aşıq Nemət Qasımlı, ustad aşıq Cahangir Quliyev, aşıq Kəmalə Qubadlı, aşıq Gözəl Kəlbəcərli, aşıq İmran Xəlilov, aşıq Təbriz vəliyev, aşıq Kərəm Vəliyev, aşıq Nəbi Nağıyev, aşıq Şəhriyar Qaraxanlı, aşıq Əli Kəlbəcərli, Afil Bəxtiyar, balabanda əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov, Əziz Göyçəli və onun Göyçə qrupu Azərbaycan aşıq poeziyasının əzəmətli simalarından olan Növrəs İmanın şeirlərini, ömür yolu və səfərlərini, o cümlədən də həyatındakı əfsanəvi hadisələri əks etdirən dastan-hekayətlərini böyük şövq ilə tamaşaçılara çatdırıb, Növrəs İmanın sözlərinə saz havaları ifa ediblər.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli sonda Azərbaycan aşıq poeziyasının inkişafına böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevə İctimai Birlik adından təşəkkür edib, böyük istedad sahibi olan Növrəs İmanın 120 illik yubiley tədbirinin ərsəyə gəlməsinə dəstək verdiyinə görə iş adamı Aqil Kərimova minnətdarlığını bildirib.

Sonda məclis iştirakçılarına aşıq-şair Novrəs İmanın 120 illik yubileyinə ithaf olunan “Nakam aşiq” kitabı paylanılıb.

Əsgər Əlioğlu 

   

       

 

 

 

 

XƏBƏR LENTİ
Siyasi / 26.12.2023 21:07
“Basarkeçərdə erməni vandalizmi” - FOTO - VİDEO
Müsahibə, Mədəni, Video müsahibə / 26.12.2023 19:19
“Ermənilər ictimai şüurunu dəyişməyincə onlar üçün yaxşı heç nə olmayacaq” – MÜSAHİBƏ - VİDEO
Elm və təhsil, Maraqlı / 26.12.2023 14:01
Antropoloq Yeviya Hovanesyanın etirafı – ANONS
Müsahibə, Video müsahibə / 26.12.2023 12:29
“Sayat Nova Azərbaycan dilində daha çox şeir yazıb” – ANONS - VİDEO
Mədəni / 26.12.2023 12:01
Növrəs İman möcüzəsi – 120 illik yubiley mənzərəsi - FOTO
Müsahibə, Video müsahibə / 25.12.2023 21:16
“Erməni qonşumuz Heydər Əliyevin şəklini evimizdən oğurlamışdı”- MÜSAHİBƏ
Elm və təhsil, Mədəni / 25.12.2023 17:23
“Nakam Aşiq” kitabı çapdan çıxıb
Sosial / 25.12.2023 16:59
Əmirxeyir kənd icmasının təsis iclası olub - FOTO
Siyasi, Sosial / 24.12.2023 16:05
Qayabaşı kənd icmasının ilk iclası keçirilib
Hadisə, Mətbuat / 23.12.2023 21:04
Zəngəzurda azərbaycanlıların ən geniş məskunlaşdığı Qafan rayonu - FOTO - VİDEO
Elm və təhsil, İdman / 23.12.2023 10:00
Möhtəşəm bir gün – Xalqın Xankəndi sevgisi
Elm və təhsil, Gündəm, Video müsahibə / 22.12.2023 21:30
“Ləmbəlidən gətirilən torpağı hələ də evimdə saxlamışam” - FOTO - VİDEO
Dünya, Təhlil / 22.12.2023 16:37
İrəvan-Tehran dostluğu – Acın canı yalançının əlindədir – TƏHLİL
Maraqlı, Sosial / 22.12.2023 13:02
“Ermənilər dedilər ki, çıxıb getməlisiniz” – Ceyran Ənsərin “Həyat Hekayəsi – ANONS - VİDEO
Siyasi / 21.12.2023 21:19
İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - FOTO - VİDEO
Təhlil / 21.12.2023 16:41
“exitMDB”yə ismarış – KTMT-dən uzaqlaşan Ermənistan“ – TƏHLİL
Dünya, Siyasi, Təhlil / 21.12.2023 13:36
Paşinyanın xəritə oyunu – Qərbi Azərbaycan Xronikası – ANONS - FOTO - VİDEO
Maraqlı, Siyasi / 20.12.2023 20:55
Cəlaloğlunun Stepanavan adlandırılmasının sirri - FOTO - VİDEO
Siyasi / 20.12.2023 13:14
Əli Hüseynli: “Seçkiləri boykot etmək siyasi mədəniyyətsizlikdir”
Siyasi, Sosial / 20.12.2023 12:54
Cəlaloğlu niyə Stepanavan oldu? – ANONS - VİDEO
Siyasi / 20.12.2023 10:30
İrəvanın növbəti riyakarlığı – QAİ bəyanat yaydı
Elm və təhsil, Sosial / 19.12.2023 22:58
Beş dinin adətlərini yaşadan Kürmük və Baba Hacını nə birləşdirir? - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 19.12.2023 19:05
“Erməni tarixçiləri də Njdenin qanlı hərəkətlərini təsdiq edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Gündəm, Siyasi / 19.12.2023 17:04
Paşinyanın yalanları və səfirlərə “əriştə qonaqlığı” – TƏHLİL - FOTO
Elm və təhsil, Sosial / 19.12.2023 13:57
Baba Hacı məqbərəsi – harmoniya simvolu – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 19.12.2023 13:38
“Ermənilərin Bakı və ya Tiflis iddiası” – ANONS - VİDEO