Dünya 21.07.2026 16:56

Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO

Ermənistanda fermerlər məhsullarının ixracı, satışı ilə bağlı yeni problemlərlə üzləşiblər. Onlar ötən gün etiraz əlaməti olaraq ölkənin cənub-qərbində İran sərhədinə aparan İrəvan-Yerasx beynəlxalq avtomobil yolunu bağlayıblar. Aksiyaçılar məhsulun, xüsusilə pomidor və xiyarın satışı problemlərinin həllini tələb ediblər.

Ararat vilayətinin etiraz edən sakinləri bildiriblər ki, onlarla ton məhsulu sata bilmirlər. Onlardan birinin dediyinə görə, tarlasında təxminən 60 ton pomidor var, ancaq emal müəssisələri onları almaqdan imtina ediblər.

Fermerlər deyiblər ki, əvvəllər yerli zavodlar pomidoru fəal şəkildə alırdılar, ancaq indi məhsulun ixracında yaşanan çətinlikləri əsas göstərərək alışdan imtina edirlər. Etirazçılar onu da bildiriblər ki, müəssisələr emal olunmuş məhsulu ixrac edə bilmədikləri üçün onlardan tərəvəz almırlar.

Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan mövsüm başlayanda vəziyyəti tənzimləyəcəklərini vəd etmişdi. Bununla belə, problem hələ ki öz həllini gözləyir. Fermerlər hökumətin vədlərini yerinə yetirmədiyini vurğulayır, onu subsidiyalar və ixraca kömək də daxil olmaqla dəstək tədbirləri görməyə çağırırlar.

Kənd təsərrüfatı məhsullarının satışı, ixracatı ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Təsdiqlənmiş son illik məlumatlara görə Ermənistanın bu istiqamətdə ixracatdan əldə etdiyi gəlirlər 1,18 milyard dollar təşkil edib. İllik ixrac həcmi natural ifadədə təxminən 140 min ton səviyyəsindədir.

Son illər isə Ermənistanda kənd təsərrüfatı məhsullarının satışında, ixracatında problemlər yaranır. Çünki o, bir, bazardan, Rusiyadan asılıdır. RF isə bu asılılıqdan vaxtaşırı rəsmi İrəvana qarşı təzyiq aləti kimi yararlanır. O, fitosanitar nəzarəti sərtləşdirir, məhdudiyyətləri ağırlaşdırır. Bu isə fermerlərə böyük məbləğdə maliyyə itkisinə başa gəlir.

Hər il kəndlilər çürümüş məhsulla bağlı magistral yolları bağlamaqla etiraz aksiyaları keçirirlər. Problem əsasən fitosanitar yoxlamalar, logistik və infrastruktur çətinliklərdən yaranır. Rusiyanın “Rosselxoznadzor” təşkilatı Ermənistandan ixrac olunan ərik, gilas, şaftalı daxil olmaqla meyvələrin, kartof, soğan, badımcan, pomidor da daxil olmaqla tərəvəzlərin və giləmeyvələrin, o cümlədən qarpız, üzümün idxalına “standarta uyğun deyil” adı ilə əslində məhdudiyyətlər tətbiq edir. Qurumdan adətən “təhlükəsizlik tələbləri pozulub” kimi açıqlama verilir. Təkcə bu ilin birinci yarısında belə pozuntuların sayı 180 halı keçib.

Ermənistandan Rusiyaya yükdaşımalar “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə həyata keçirilir. Müxtəlif səbəblərdən isə bu yol bəzən bağlı olur. Bu da məhsulun RF bazarına vaxtında çatdırılmasına mane olur. Məhsul ünvana çatmadan xarab olur və s.

Sergey Şoyqu

Federasiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ermənistanın kənd təsərrüfatı məhsulları ixracının 98 %-ə qədəri ölkəsinin payına düşür. O qeyd edib ki, bu ölkədən alkoqol məhsullarının 78 %-i Rusiyaya göndərilir.

Qeyd edək ki, 2026-cı ilin may ayından Rusiya Ermənistandan tərəvəzlərin (pomidor, xiyar, bibər), meyvələrin, giləmeyvələrin, göyərtinin, həmçinin güllərin, mineral suyun, şərabların, konyakların və balığın idxalını məhdudlaşdırıb və ya tamamilə dayandırıb.

Bütün bu məhdudiyyətlər İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma kursu barədə açıqlamalarından sonra baş verir. Ermənistan hökuməti İttifaqa hələ üzv olmadıqlarını, buna dair heç bir sənəd imzalanmadığını bəyan etsə də, parlament seşçkilərindən sonra Nikol Paşinyan ilk rəsmi xarici səfərini Rusiyaya etsə də, habelə Ermənistan Avrasiya İqtisadi İttifaqına üzvlüyünü davam etdirsə də, Moskvanın ona münasibəti dəyişməyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu sahədə yaranan mövcud çətinliklərdən danışaraq son aylarda erməni istehsalçılarının müxtəlif məhdudiyyətlər və inzibati maneələrlə üzləşdiyini vurğulayıb. Onun sözlərinə görə, söhbət həm sərhəddə gecikmələrdən, həm də tədarükləri çətinləşdirən və ixracatçıların xərclərini artıran əlavə yoxlamalardan gedir. Bu kontekstdə Avropa bazarının açılması hökumət tərəfindən ixrac axınlarını şaxələndirməyə və bir satış istiqamətindən asılılığı azaltmağa qadir mühüm alternativ kimi nəzərdən keçirilir.

Rəsmi İrəvan yaranmış vəziyyətdən çıxış yolu olaraq yeni bazarlar axtarır. Baş nazirin sözlərinə görə, Avropa İttifaqı erməni mallarının qitə ölkələri bazarına çıxışını asanlaşdırmaq niyyətindədir. Bunun üçün Ermənistanın kənd təsərrüfatı məhsullarına azad ticarət rejimi tətbiq ediləcək.

Hökumət başçısı Avropa İttifaqının ölkəsinə bu istiqamətdə 50 milyon avrodan çox maliyyə yardımı da daxil olmaqla əlavə dəstək verəcəyinin bildirib.

İrəvan Vaşinqtonla ərzaq məhsullarının ABŞ bazarına tədarükü, aqrar sektorda əməkdaşlığın genişləndirilməsi və erməni mallarının Ştatların bazarına çıxışı barədə danışıqlar aparıb.

Ermənistan dünyada ərik ixracatçılarındandır. Bu il iyunun 1-dən iyulun 19-dək ölkədən 7,6 min ton ərik ixrac edilib. Rəsmilər məhsulun Avropa ölkələrinə tədarük edilmədiyini bildirirlər.

Ermənistan əsasən Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə ərik və başqa meyvələr ixrac edir.

Bu ölkə sovetlərin dövründə dotasiya ilə yaşayıb. Müstəqillik dövründən isə iqtisadiyyatı Rusiyadan asılı olub və bu, indi də qalmaqdadır. Yeni sahələri inkişaf etdirmədən, habelə kənd təsərrüfatı, mineral su, alkoqollu içkilər üçün yeni bazarlar tapmadan RF ilə münasibətlərdə fasilənin yaranması İrəvan üçün problem yarada bilər. ABŞ və Avropa İttifaqı ilə problem yaranandan sonra deyil, ondan əvvəl mövcud çətinliklərlə bağlı danışıqların aparılması daha məntiqi olardı.

Fermerlərin üzləşdikləri problemlər Ermənistanda hökumətə təzyiq etmək üçün rusiyayönlü müxalifətə əlavə fürsət verər, buna şərait yarada bilər.

Moskva ərik, pomidor, xiyar, “Cermux” suyu, “İrəvan konyakı” və başqa məhsullara məhdudiyyətlər qoymaqla İrəvanı imtahana çəkir. Bunu Rusiyadan siyasi, iqtisadi aslılığının azalması naminə erməni cəmiyyətinin çörəklə, əriklə imtahana çəkilməsi kimi dəyərləndirmək olar.

Hadisələr bir daha regional əməkdaşlığın daha faydalı olduğunu isbatlayır. Azərbaycanla Ermənistan arasında nəqliyyat yollarının açılması, Zəngəzur yolunun vacibliyi bir daha təsdiqlənir. Çünki İrəvanın istehsal etdiyi məhsulları bu vasitə ilə Mərkəzi Asiya bazarlarına da çıxarmasına əla imkanlar açılar. Qonşular, xüsusən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması İrəvanın şaxələnmiş bazar əldə etməsi istəklərini reallaşdıra bilər. Hələlik Rusiyanın ərik və pomidorla təzyiqləri Ermənistan cəmiyyətində etirazlar yarada bilir.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO
Dünya, Təhlil / 16.07.2026 17:33
İranda hakimiyyətdaxili mübarizə – ABŞ-nin təxirə saldığı quru əməliyyatı – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 15.07.2026 22:46
Dini şəxsi mənafeyə çevirənlər kimlərdir? – AMİN - VİDEO
Mədəni / 15.07.2026 10:03
Ayaqqabı təmizləyən Lui de Fünes necə ulduz oldu? – RETRO BAKU - VİDEO
Gündəm, Təhlil / 13.07.2026 17:16
IV Şuşa Qlobal Media Forumu – Azərbaycan Prezidentinin dünyaya ismarışları – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 10.07.2026 16:26
Avropa Parlamentinin türklərsiz Kipr siyasəti – qərəzli və təhrif olunmuş yanaşma – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 09.07.2026 17:07
Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO
Dünya, Hərbi, Təhlil / 06.07.2026 17:43
Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 03.07.2026 16:54
Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO
Dünya, Təhlil / 01.07.2026 16:15
ABŞ-İran danışıqlarına mane olan əllər – TƏHLİL - FOTO
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO
Dünya, Təhlil / 25.06.2026 16:41
Fransanın cinayətkar hərəkətləri – Parisin cani erməni sevdası – TƏHLİL - FOTO