Bakıda avtobus qəzası: 6 nəfər reanimasiyadadır
Bakıda 171 saylı xətt marşrutu üzrə hərəkət edən marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəstəxanaya yerləşdirilən yaralılardan 17 nəfər evə buraxılıb.
Rakus.az xəbər verir ki, bu barədə 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov məlumat verib.
Baş həkim bildirib ki, hadisə nəticəsində 27 nəfər xəstəxanaya müraciət edib: “Onlardan 3 nəfər uşaq, 24 nəfər isə böyükdür. Müraciət edənlərdən 17 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra ambulator müayinəyə buraxılıb. Hazırda 10 nəfər xəstəxanaya qəbul olunub. Onlardan 6 nəfərin vəziyyəti ağır olduğundan reanimasiya, 4 nəfər isə travma şöbələrinə yerləşdirilib.
Xatırladaq ki, bu gün axşam saatlarında Bilgəh qəsəbəsindən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu ilə kommunal xidmət avtomobili ilə toqquşub. (Trend)