Hadisə 24.11.2023 20:15

“Ermənilər bizə türkes deyib 10 qəpiklik kökəni vermədilər”

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Əzəli bizim olan yerlər axırda da bizim olacaq” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunın Qaraqaya kənd sakini Validə Ağamalıyevanın həyat hekayəsinə həsr olunub.

O, ziyalı ailəsində doğulduğunu, uşaqlıq, orta məktəb dövrünün çox gözəl keçdiyini deyib: “Dağlardan moruq yığırdıq, meşəyə odun qırmağa gedirdik, çiling-ağac, beşdaş oynayırdıq. Çəmbərək (Krasnoselo) rayonunda fizika fənni üzrə olimpiyadada ermənilərin məkrli siyasəti ilə hələ uşaqikən üzləşmişdik. Onların bizə qarşı münasibətləri çox yaxşı olmayıb.

İndi kəndin bulaqlarının, təpə, yaylaq və digər görməli yerlərin həsrətini çəkdiyini söyləyən V.Ağamalıyeva bildirib ki, kaş uşaqlıq vaxtım olaydı, müəllimlərim, atam sağ olaydı: “Gedib onları, məktəbimizi, elimi-obamı görəydim. Oralar mənim üçün çox doğmadır. İnsanın doğulduğu yer çox əzizdir”.

Onun sözlərinə görə, ermənilər sonuncu deportasiyada da insanlara  çox həyacanlı günlər yaşadıblar: “Hadisələr 1988-ci ildən başladı. Övladım, atam-anam, qayınata, qaynana, qayınlarım, qohum-əqrabam – hamı kənddə idilər. 1989-cu ilin dekabr ayında bizimkilər oradan çıxmalı oldular. Ayaqyalın dağ yolları ilə gələnlərin ayağını soyuq aparmışdı. Ermənilər kənddə olan adamların var-dövlətini əllərindən alırdılar. Bizim adamları yük maşınına doldurub Gədəbəyə göndəriblər. Yolda ermənilər onlara daşlar atıblar. Uşaqların başını bürüyüblər ki, daş dəyməsin. Anamın qoluna da dəymişdi. Ağrılı-acılı günlərimiz çox olub. Bunları illər keçir unutmuruq. Nə kəndimi, nə kəndimin meşələrini, nə çayı, nə yolları unutmuram. Bu dəqiqə o evlər xəritə kimi gözümün qabağındadı. O kəndə getsəm ilk olaraq o həsrətdə olan ruhları ziyarət edərəm. O Təpəbaşında dayanıb kəndimizi seyr edərəm. Danışmaq şox ağrılı-acılıdır. Vətən həsrəti çox pis və çox çətin bir şeydir”.

O sonda Vətənə qayıdacağına əminl olduğunu ifadə edib: “Sərkərdəmiz, bizim Prezidentimiz dəmir yumruğunu vurdu torpaqlarımızı, Qarabağımızı azad etdi. İnşallah, Göyçəmizə də qayıdacağıq. Allah onu Vətən həsrəti çəkənlərin hamısına qismət etsin. Oralar bizim əzəldən torpağımız olub. Əzəli bizim olan yerlər yəqin ki, axırda da bizim olacaq. Ona çox əminəm, çox rahatam və istəyərəm ki, İnşallah, biz yaşda olan insanlara, orada doğulanlara ora qayıdış qismət olsun!”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 24-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO