Hadisə 20.12.2019 21:00

Apelyasiya məhkəməsi “Elina işi” ilə əlaqədar qərar verdi

Dekabrın 20-də Bakı Apelyasiya Məhkəməsində 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümü ilə əlaqədar hökmdən verilən apelyasiya şikayətinin məhkəmə araşdırması olmadan aparılması barədə qərar verib.

Rakus.az xəbər verir ki, bu barədə qərar hakim Faiq Qasımovun sədrliyi ilə elan olunub.

Həm Elinanın anası Sevil Hüseynova, həm də məktəbin keçmiş direktoru Sevinc Abbasova hökmdən apellyasiya şikayəti verib.

Zərərçəkmiş tərəf direktora verilən cəzanın ağırlaşdırılmasını, onun həbsini tələb edir.

Sevinc Abbasova isə ona verilən azadlığın məhdudlaşdırılması cəzasıyla razı deyil. O, məktəblinin ölümündə günahı olmadığını deyir və bəraət istəyir.

Bugünki məhkəmə prosesində Elinanın anasının vəkilləri şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması) baxılmasını istəyiblər. Amma məhkəmə bu vəsatəti təmin etməyib.

Prosesdən sonra Elina Hacıyevanın nənəsi Solmaz Əsgərova jurnalistlərə bildirib ki,Sevinc Abbasovaya həbs cəzası verilməsində israrlıdırlar.

Abbasova özü məhkəmədən çıxarkən sualları cavablandırmaqdan imtina edib.

Vəkili Sadiq Bağırov bildirib ki, onlar ittihamların sübuta yetirilmədiyini hesab edir, buna görə də bəraət istəyirlər.

Öz növbəsində zərərçəkmiş tərəfin vəkili Azər Nağıyev məhkəmənin istintaqla aparılmamasından təəssüflənib.

“Təəssüf ki, bizi dinləmədən şikayətə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar verildi”

Prosesdən sonra gənc fəallar məhkəmənin binası qarşısında etiraz aksiyası keçirib. Özəlliklə sabiq direktor məhkəmə binasından çıxarkən gənc fəallar “Elinaya ədalət!” şüarını səsləndirməklə etirazlarını ifadə ediblər.

Məhkəmə baxışı yanvarın 8-nə təyin edilib.

Bakıda 162 saylı ümüumtəhsil məktəbində oxuyan Elina Hacıyeva bu il aprelin 4-də özünü məktəbin üçüncü mərtəbəsindən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da aprelin 6-da vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur.

“Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib,” Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO