Dünya 24.11.2019 02:23

ABŞ və İtaliya astronavtları açıq kosmosa çıxdılar

Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən ABŞ və İtaliya astronavtları Endryu Morqan və Luka Parmitano stansiyanın korpusunda olan və sıradan çıxmış mühüm elmi cihazın təmiri məqsədilə ikinci dəfə açıq kosmosa çıxıblar.

Rakus.az xəbər verir ki, bu proses ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) saytında canlı yayımlanıb.

Morqan və Parmitano təmirdən əvvəl “Quest” şlüzünün lyukunu bağlayıblar. Açıq kosmosda 6 saat davam edən təmir işləri zamanı onlar meteorit əleyhinə cihazı müdafiə edən təbəqəni götürüblər. Sonra istiliyi qoruyan qapaq da çıxarılaraq spektrometrin soyuducu sisteminin səkkiz borusuna mane olan şaquli dayaq götürülüb.

Noyabrın 16-da açıq kosmosda aparılan təmir işləri zamanı maqnitli alfa-spektrometrin soyudulması sisteminin nasosları dəyişdirilib, lakin soyuducunun özünün başqası ilə əvəz olunması üçün daha üç dəfə açıq kosmosa çıxmaq lazım gələcək.

Ağırlığı 7,5 ton olan və 14 il müddətində 1,5 milyard dollar xərcləməklə hazırlanan spektrometr BKS-ə “Endavour” kosmik gəmisi vasitəsilə 2011-ci ildə çatdırılıb. Onun hazırlanmasında 16 ölkənin 56 elmi-tədqiqat institutu iştirak edib. Alimlər bu cihaz vasitəsilə antimateriyanın izlərini tapmağa, ibtidai kosmik şüaların tərkibini və energetika spektrini öyrənməyə və beləliklə, Kainatın necə yarandığını anlamağa çalışırlar. Cihazın 10-18 il işləyəcəyi güman edilirdi, amma 3 ildən sonra onun nasaz olduğu müəyyən edilib. Təmir üçün lazım olan 25 aləti isə BKS-ə uçan üç yük gəmisi daşıyıb. Onların vasitəsilə polad lövhə və nazik boruları kəsmək mümkün olub.

Qeyd olunub ki, bu, artıq astronavtların BKS-dən açıq kosmosa 223-cü çıxışıdır.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO