Maraqlı 18.11.2023 20:13

Ağbulaq camaatı kəndi ermənilərdən necə qoruyub? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Çəmbərək (Krasnoselsk) rayonunun Ağbulaq kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Ağbulaq kəndinin etnoqrafiyası, əhalisi, coğrafiyası, iqlimi,  kənd-təsərrüfatı, atət-ənənələri, mətbəxi, toyları və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, tarixi mənbələrə görə, Ağbulaq kəndinin bünövrəsi XVI əsrin ikinci yarısında qoyulub. Bundan əvvəl Ağbulağın cənub-qərbində, təxminən 1,5 kilometrliyində Yellicə adlı kənd olub. Şahdağın qoynuna sığınmış ən yüksək dağ kəndi olan Ağbulağın ümumi sahəsi 38 kvadrat kilometr, əhalis 1914-cü ildə 982 nəfər, 1986-cı ildə 1500 nəfər olub. Adı 1991-ci ildə dəyişdirilərək Ağperek qoyulub.

Qeyd olunub ki, Ağbulaq Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biridir: “Hər yurdun-yuvanın, hər elin-obanın özünəməxsus keyfiyyətləri olduğu kimi Ağbulaq kəndinin də öz dünyası, öz aləmi olub. Ümumi cəhətləri ilə Göyçə qüdrəti, Göyçə əzmini özündə cəmləşdirən bu kənd bir çox məziyyətləri ilə seçilib. Qonşu Şorca və Ardanış kəndlərinin örüşündə olan Adatəpə ilə Ağbulaq arasında “Xanlıq” adında yurd yeri var. İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və özü yay aylarında dincəlməyə çıxarmış. Kənddə beş korpuslu ən müasir tipli orta məktəb binası, poçt, kitabxana, tibb məntəqəsi, böyük univermaq, avtomat telefon istansiyası, mədəniyyət evi, dəyirman, ağac çəkən mişar və digər ictimai-iaşə obyektləri fəaliyyət göstərib”.

Diqqətə çatdırılıb ki, kənddə 13 000 baş xırda buynuzlu, 2500 baş iribuyluzlu heyvan olub və kəndin iqtisadiyyatında heyvandarlıq başlıca sahə sayılıb.

Vurğulanıb ki, Sovet hakimiyyəti qurulmamışdan əvvəl Məşədi Molla Əlinin və Məşədi Molla Həsənin dini təlim keçən məktəbləri fəaliyyət göstərib: “XIX əsrin sonlarında inşa edilən məscid anbar kimi hələ də qalırdı. 1988-ci il hadisələrində ermənilər tərəfindən dağıdılıb”.

Süjetdə 1988-ci ilə qədər azərbaycanlıların yaşadığı bu oğuz yurdunu kənd əhalisinin erməni separatçılarından necə qorumasına, həmçinin  bayram ənənələri və digər maraqlı faktlara da toxunulur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 18-də saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Maraqlı, Sosial / 03.02.2024 21:11
Gölkənd – qədim türk irsini yaşadan Qaraqoyunlu eli – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Səhiyyə, Video müsahibə / 02.02.2024 20:40
“Həyətimizin bir hissəsini Yesxabed adında Fransa ermənisinə verdilər” - FOTO - VİDEO
Maraqlı, Səhiyyə / 02.02.2024 13:47
“Babamın mülkü Təpəbaşında idi” – Paşa Qəlbinurun “Həyat hekayəsi” – ANONS - VİDEO
Gündəm / 02.02.2024 00:03
Bu gün Azərbaycanda Gənclər Günüdür - VİDEO
Təhlil / 01.02.2024 20:25
Ermənistanda təşviş: Bakı seçkidən sonra tarixi ərazilərini tələb edəcək - VİDEO
Siyasi / 01.02.2024 14:08
Rəsmi Bakının planı Ermənistanda təşviş yaradır – ANONS - VİDEO
Mətbuat / 01.02.2024 13:44
Milli.Az-ın 14 yaşını qeyd edir
Elm və təhsil, Maraqlı, Siyasi / 31.01.2024 20:33
Ermənilər Əştərəyə niyə kütləvi axın ediblər? - FOTO - VİDEO
Maraqlı, Sosial / 31.01.2024 13:54
Ermənilərin Əştərəkdə yerləşdirmə planı – ANONS - VİDEO
Mətbuat / 30.01.2024 20:31
Erməni jurnalistin etirafı: “Bu gün əsl İrəvandan heç nə qalmayıb” - FOTO - VİDEO
Mədəni, Video müsahibə / 30.01.2024 19:21
“Qərbi Azərbaycanda erməni kilsəsinə çevrilmiş çoxlu alban kilsələri var”- MÜSAHİBƏ - VİDEO
Gündəm / 30.01.2024 17:18
Bünyad Hüseynov etimadnaməsini Çin lideri Si Cinpinə təqdim etdi
Mədəni / 30.01.2024 16:54
Aşıq İsa yadigarı – ömrünü saza bağlayan adam
Mədəni / 30.01.2024 13:54
“Ermənilər Alban kilsəsinin əlyazmalarını məhv ediblər” – ANONS
Müsahibə, Video müsahibə / 29.01.2024 21:06
“Orxan Qərbi Azərbaycanı görməsə də, o yerlərə qayıtmaq ümidi ilə yaşayıb” – MÜSAHİBƏ - VİDEO
Maraqlı / 27.01.2024 20:22
Evli kəndi – “Gor oğlu” irsini yaşadan yurd yeri”- Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.01.2024 11:18
“Daşaltı əməliyyatı”ndan 32 il ötür - FOTO
Siyasi, Sosial / 26.01.2024 20:38
“Atam bacılarımı çıxarmaq üçün bağını erməni qonşusuna verdi” - FOTO - VİDEO
Siyasi / 26.01.2024 16:27
AŞPA platformasında baş verənlər Ermənistanı revanşizmə həvəsləndirir – Əli Hüseynli
Təhlil / 26.01.2024 16:06
Ermənistanda böyüyən ziddiyyət: davam edən hökumət-kilsə qarşıdurması – TƏHLİL
Maraqlı, Sosial / 26.01.2024 13:57
“Bir gün Zəngəzurda görüşəcəyik…” – Səməni Qəmbərovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Dünya, Siyasi / 25.01.2024 21:04
Erməni deputat: “Azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər” - FOTO - VİDEO
Siyasi / 24.01.2024 20:26
Ərtikdə türk izlərinin itirilməsi planı - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.01.2024 17:53
Ermənistanın şifrəli inadkarlığı – üçüncü tərəflərin rolu – TƏHLİL
Maraqlı, Sosial / 24.01.2024 13:28
Ərtik – türk-oğuz boylarının ana yurdu – ANONS - VİDEO
İqtisadi, Sosial / 23.01.2024 20:53
Erməni araşdırmaçı Qərbi Azərbaycana gəlmə olduqlarını faktlarla təsdiq etdi - FOTO - VİDEO