Rakus.az xəbər verir ki, məhkəmə aktrisanı yarım illik həbs cəzasına və cərimə ödənişinə məhkum edib. Aktrisa dəmir barmaqlıqlar arxasına düşməkdən yalnız teatra 30 min avro cərimə ödəyəcəyi təqdirdə xilas olacaq.
Xatırladaq ki, 2010-cu ildə Pordenone Teatrının rəhbərliyi Ornella Mutini saxta tibbi arayışla bağlı məhkəməyə verib. Məlum olub ki, o, tamaşa vaxtı xəstələnməyib. Ornella Muti həmin vaxt Amerika aktyoru Kevin Kostnerlə birlikdə Sankt-Peterburqda xeyriyyə mərasimində şam yeməyində iştirak edib.