Siyasi 28.10.2026 12:11

Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO

“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində indiki Ermənistan ərazisində yerləşən, 1940-cı ilədək əsasən azərbaycanlıların yaşadığı Qıvraq kəndinin tarixi haqqında araşdırma dərc olunub.

Rakus.az xəbər verir ki, məqalə “Perished Civilization” nəşrində yayımlanıb.

Araşdırmaya görə, Qıvraq tarixən azərbaycanlıların əcdadlarının yaşadığı Zəngəzurda yerləşib. Çar dövründə kəndin adı “Kirzax”, “Kivraq”, “Kvraq” və “Kivrax”, sovet dövründə isə “Kirzax” və “Kivraq” kimi yazılıb. Kənd haqqında məlumatlara XVI və XVIII əsrlərə aid Osmanlı mənbələrində rast gəlinir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kənd Qarabağ xanlığının tərkibində olub, sonradan Yelizavetpol quberniyasının Zəngəzur qəzasına daxil edilib.

Çar dövrünə aid statistik məlumatlar kənddə əsasən azərbaycanlıların yaşadığını göstərir. 1886-cı ildə burada 59 nəfər qeydə alınıb. Mənbələrə əsasən, 1897-ci ildə əhalinin sayı 80, 1908-ci ildə 148, 1911-ci ildə 155, 1912-ci ildə 112, 1914-cü ildə isə 120 nəfər olub. Araşdırmada bu sakinlərin hamısının və ya böyük əksəriyyətinin azərbaycanlıların əcdadları olduğu bildirilir.

Məqalədə 1918–1920-ci illərdə Zəngəzurda və regionun digər ərazilərində erməni silahlı dəstələrinin türk əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyi iddia olunur. Müəlliflər Qıvraq əhalisinin sayının azalmasını da bu hadisələrlə əlaqələndirirlər.

Zaven Korkotyanın “Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831–1931)” əsərinə əsasən, 1922-ci ildə kənddə 77, 1926-cı ildə 87, 1931-ci ildə isə 111 azərbaycanlı yaşayıb.

Məqalədə qeyd olunur ki, 29 noyabr 1920-ci ildə Sovet Ermənistanı elan edilib, ertəsi gün isə Sovet Azərbaycanının rəhbərliyi Zəngəzurun Sovet Ermənistanına verilməsi barədə qərar qəbul edib. Nəticədə keçmiş Zəngəzur qəzasının qərb hissəsi Ermənistan SSR-in, şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində qalıb.

Sovet dövründə Qıvraq 1930-cu ildə yaradılmış Sisian rayonuna daxil olub. Araşdırmada erməni mənbələrinə istinadən bildirilir ki, 1940-cı ilədək kənddə yalnız azərbaycanlılar yaşayıblar. Həmin il sakinlər kollektivləşmə ilə əlaqədar qonşu Sofulu kəndinə (indiki Njde) köçürülüb, Qıvraq isə ləğv edilib. Kənddə qalan tikililərdən sonradan anbar kimi istifadə olunub.

2021–2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində Azərbaycan irsinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi üçün sahə tədqiqatları aparılıb. SSRİ Baş Qərargahının xəritələrindəki koordinatlar əsasında Qıvraq ərazisində onlarla dağılmış məzar daşının qaldığı azərbaycanlı qəbiristanlığının qalıqları aşkar edilib.

 

Xatırladaq ki, Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. Nadir elmi-tədqiqat işi olan “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

“Qərbi Azərbaycanın yaddaş yerləri” “AZfront” və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları – qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim edilir.

XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir  zərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər”, adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunur.

Bu layihənin videomaterialı oktyabrın 27-də eksklüziv olaraq Baku TV-də yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 28.10.2026 12:11
Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO
İdman / 28.10.2026 00:16
Xatirə Turnirinin 5-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
Dünya, Təhlil / 27.10.2026 17:27
Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs – TƏHLİL - FOTO
Mətbuat / 27.10.2026 12:27
“Report”un yeni media mühitində 12 illik fəaliyyətinə BAXIŞ - FOTO
Siyasi, Sosial / 27.10.2026 10:16
Qərbi Azərbaycan Həqiqətləri: Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
İdman / 27.10.2026 00:04
Beşinci tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Dünya, Təhlil / 26.10.2026 17:18
Tehran rejimi gözündə görmədiyi tiri niyə dəyişmək istəmir? – TƏHLİL - FOTO
Maraqlı, Mədəni / 26.10.2026 12:09
Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO
Maraqlı, Siyasi, Sosial / 25.10.2026 10:40
Qərbi Azərbaycan həqiqətləri: Bəriabadın taleyi necə dəyişdi? - FOTO - VİDEO
Sosial / 25.10.2026 08:29
Ailəsi dağıldı, doğmaları xəyanət etdi – “Arzunun vaxtı” - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 21:23
Qərbi Azərbaycan həqiqətləri: Ərincin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 24.10.2026 11:03
“Qayınanam “kapriznıy” idi, kaş başqa cür danışardım” – O VAXTLAR - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 09:42
Qərbi Azərbaycan həqiqətləri: Ardanışın unudulmuş Azərbaycan tarixi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.10.2026 16:37
Paşinyanın ismarışları – demokratiyadan sui-istifadə metodu – TƏHLİL - FOTO
İdman / 23.10.2026 00:01
Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO
Sosial / 21.10.2026 12:25
Qarabağlı qayınana, ukraynalı gəlin – “Arzunun vaxtı” - VİDEO
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO
Sosial / 18.10.2026 10:48
“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO