Hadisə 02.12.2019 20:00

Azərbaycan helikopteri Gürcüstanda balıqçıları axtarır – YENİLƏNDİ - FOTO

Gürcüstanda Candargöldə itkin düşən iki balıqçının axtarışları hələlik heç bir nəticə verməyib.

Rakus.az xəbər verir ki, “Report”un yerli bürosunun xəbərinə görə, iki helikopterlə axtarış hava qaranlıq olduğundan dayandırılıb.

Xilasedici qrup isə ərazidə qalmaqda davam edir.

Bu vaxta qədər axtarış-xilasetmə əməliyyatında biri Azərbaycandan olmaqla iki helikopter iştirak edib.

Xatırladaq ki, iki gənc balıqçı bu gün günorta saatlarında itkin düşüb. Gənclərin qohum olduqları bildirilir.

17:01

Gürcüstanın Qardabani rayonunda, Candargöldə itkin düşən balıqçıların axtarışlarına Azərbaycan tərəfindən helikopter də cəlb olunub.

Hazırda axtarış-xilasetmə əməliyyatında iki helikopter iştirak edir.

15:45

Gürcüstanın Qardabani rayonunda, Candargöldə itkin düşən iki balıqçının axtarışları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatına Gürcüstanın Sərhəd Polisinin helikopteri cəlb olunub.

Axtarış-xilasetmə işlərinə 20-yə yaxın xilasedici cəlb olunub.

Qohumları balıqçıların gölün Azərbaycan hissəsində olduğunu ehtimal edirlər.

Xatırladaq ki, Candargöl Azərbaycan və Gürcüstan arasındakı sərhədin tam ortasından keçir və Ağstafa rayonu ərazisində yerləşir.

14:18

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda yerləşən Candargöldə iki balıqçı itkin düşüb.

Rakus.az xəbər verir ki, “Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Güclü külək balıqçıların olduğu qayığı aşırıb.

Hazırda göldə xilasetmə qrupu iş aparır. İtkin düşən şəxslərin axtarışlarına helikopterin cəlb olunacağı istisna edilmir.

XƏBƏR LENTİ
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır