Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Baku Tv-də Müəllif və Yaradıcı Departamentinin təqdimatı ilə müəllif-aparıcı Müşfiq Ötgünnün hazırladığı “Amin” verilişinin növbəti buraxılışı yayımlanıb.
Rakus.az xəbər verir ki, yeni buraxılışda ilahiyyatçı Kövsər Tağıyevlə hikmət və elm mövzusu müzakirə olunub.
Onun sözlərinə görə, hikmətə çatmaq üçün əvvəlcə onu arzulamaq lazımdır: “Həyatın və yaradılışın mənasını anlamağa çalışdıqca Allah insan üçün hikmət qapılarını açır. Hikmət, sadəcə, dindarlıqla məhdudlaşmır. O, əldə olunan biliklərin təcrübədən keçərək insanda qabiliyyətə çevrilməsini ifadə edir”.
İlahiyyatçı ibadətin mahiyyətinə və ünsiyyətdə mərhəmət dilinin vacibliyinə də toxunub: “İnsanlarla qanun dili ilə deyil, mərhəmət dili ilə ünsiyyət qurmaq lazımdır. İbadətin, xüsusilə namazın mahiyyətini anlamadıqda o, insan üçün yükə çevrilir. Halbuki namaz və səcdə Yaradan qarşısında tam təslimiyyətin və qulluğun ən uca zirvəsidir”.
Veriliş iyulun 23-də Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














