İqtisadi 20.02.2023 10:51

Fariz Hacızadə: “Sığorta kifayət qədər spesfik sahədir” – MÜSAHİBƏ

Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Fariz Hacızadə əməkdaşımıza müsahibə verib.

Rakus.az müsahibəni təqdim edir:

– Fariz bəy sığortanın həyatımızdakı rolu və əhəmiyyəti barədə məlumat verərdiniz nə üçün sığortalanmalıyıq?

– Sığorta nəzərdə tutmadığımız gözlənilməz xərclərin qarşısının alınması üçün ən uğurlu mexanizmdir. Ümumilikdə sığorta şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Bəzən sığortanın həyatımızdakı rolunun o qədərdə vacib olmadığını düşünürük.

Hansıki, baş  vərən xoşagəlməz  hadisələrin başqalarına aid olduğunu, öz qarşımıza çıxmayacağını ümid edirik. Demək olar ki, gündəlik məlumatlarda yol qəzalarında xəsarət alan insanlar, təyyarə qəzaları , yanan binalar, oğurlanan əşyalar, ağır xəsarətlərə  yol  açan iş qəzalarından və daha bir çox xoşagəlməz  hadisələrdəndən bəhs edilir.

Bu kimi xoşagəlməz hadisələrin arxasında əhəmiyyətli dərəcədə sığorta mövzuları haqqında ipucları var. Bilmək lazımdır ki, vaxtında sığorta növlərindən faydalanmış  şəxslər baş vərən hadisə  nəticəsində dəymiş zərəri, yəni maliyyə  itkisini yüngülləşdirmiş və yaxud tamamilə aradan qaldırmış olur.

– Bəs vətəndaşların sığortaya yanaşmasını nə dərəcədə qənaətbəxş hesab edirsiniz və bunla bağlı marifləndirmə işləri hansı səviyyədədir?

– Sığorta kifayət qədər spesfik sahədir və bu sahədə hər zaman marifləndirmə təbliğat təşviqat işləri aparılmalıdır. Belə olarsa sığortanın nə üçün lazım olduğu sözün həqiqi mənasında izah edilə bilər. Buna görə də bu sahədə mütəmadi olaraq marifləndirici işlər aparılır. Müxtəlif  media vasitələri ilə sığorta sahəsində aktual məsələlərin müzakirəsinə yer ayrılır, sığorta növlərinin əhəmiyyəti haqqında ekspertlər tərəfindən məlumatlar verilir. Baxmayaraq ki, pandemiya dövründən sonra dünya maliyyə bazarlarında bir müddət durğunluq dövrü yaşandı və bunun mənfi təsirləri sığorta sahəsindən də yan keçmədi. Son illərdə digər maliyyə sahələrində olduğu kimi sığorta sahəsində də müəyyən canlanma yaranıb. Ümumiyyətlə sığorta sektoru ən dinamik inkişaf edən maliyyə sahələrdəndir, sığorta sektorunun ilbəil ümumi daxili məhsulda payının artması da bu sahənin inkişafının göstəricisidir. Təbii ki, tam istənilən səviyyədə olmasa da bu gün ölkəmizin sığorta sektorunda, sığortaya yanaşmada müəyyən irəliləyişlər var. Əhalidə sığorta sahəsinə inamı əsasən sığorta şirkətləri yaratmalıdır. Bəzən hansısa sığorta şirkətləri öz öhdəliyini lazımı səviyyədə yerinə yetirmədikdə digər şirkətlərin də inkişaf etməsinə maneə yaratmış olur.

Qeyd etmək yerinə düşər ki, keçmiş illərdən fərqli olaraq indiki vaxtda könüllü sığorta növlərinin inkişafı üçün daha çox addımlar atılır. Beləki  Sığorta şirkətləri də müxtəlif kampaniyalardan istifadə etməklə vətəndaşların könüllü sığorta növlərindən yararlanmaq imkanlarını genişləndirir.

Yeni sığorta müqavilələrinin ildən ilə çoxalması əhalidə sığorta ilə bağlı məlumatların müsbət yönə dəyişiləmsinin göstəricisi kimi qiymətləndirək olar.

– Bəzən eşidirik ki, Sığorta şirkəti sığorta hadisəsini qarşılamaqdan imtina edib. Sığorta şirkəti hansı hallarda və hansı əsaslarla ödənişdən imtina edə bilər?

– Bəzən sığortalı sığorta şirkətinə xeyriyyə cəmiyyəti kimi yanaşır. Bilirik ki, sığorta şirkətləri iqtisadi təşəbbüs olmaqla yanaşı sahibkarlıq fəaliyyətinin bir növüdür. Sığorta ödənişdən imtina hallarında ilk növbədə sığorta hadisəni araşdırmaq imtinanın səbəbi ilə tanış olmaq lazımdır. Zaman-zaman haqqlı imtinaların olması təbiiki, mümkündür. İmtina halları ilə bağlı bəzən şirkətlərin ünvanına da müxtəlif şikayətlər daxil oldur.  Təbii ki, bu kimi müraciətlərin arasında əsassız olanları da az deyil.

Ödənişdən imitina ilə bağlı bu kateqoriyadan olan şikayətlərə baxdıqda qəza barəsində sığorta şirkətinə vaxtında məlumat verilməməsi, avtomobil satılarkən sığortaçının bu barədə məlumatlandırılmaması, yol-nəqliyyat hadisəsi baş verdikdə sürücü ilə bağlı səhf məlumat verilməsi, avtomobili sığorta müqaviləsində adı göstərilməyən şəxsin idarə etməsi ilə əlaqədar hallar olduğu müəyyən olunur.

Təbii ki, qeyd olunan hallar üzrə sığorta ödənişindən  imtina edilməsinə əsaslar var. Həmçinin sığorta müqaviləsində qanunvericiliyə uyğun olaraq tərəflərin hüquq və vəzifələri müəyyən olunur. Sığortalının müqavilə şərtlərinə əməl etməməsi sığortaçının ödənişi verməkdən imtina etməsi ilə nəticələnə bilər.

Qeyd edim ki, əsaslı imtina hallarına yalnız avtomobillə bağlı deyil həmçinin digər sığorta növlərində də rast gəlmək mümkündür. Bəzən vətəndaş qəzalı vəziyyətdə olan evini təmir etmək məqsədi ilə sığortadan yararlanmaq niyyətinə düşür. Lakin qəzalı vəziyyətdə olan evin sığortalanması həm qanunvericiliyə, həm də məntiqə ziddir. Bundan əlavə külək əsdi, yağış yağdı, nəticədə sığortaya müraciət edək kimi yanaşmalar ortaya çıxır.

– Kasko sığorta müqaviləsi alarkən nələrə diqqət edilməlidir? Vətandaşların əsas bilməli olan məlumatlar hansılardır?

– Kasko sığorta, avtonəqliyyat hadisələri, atılmış və ya düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkətləri, oğurluq, quldurluq, qaçırma, soyğunçuluq, təbii fəlakət və heyvanların hərəkəti nəticəsində avtomobilimizə dəyən zərərləri ödəyir.

Sığorta Şirkətləri demək olar ki, istehsal ili 2007-2008-ci illərdən yuxarı olan avtomobillər kasko sığğorta etməyə daha maraqlıdır. Bəzi marka və modellərdə bu illərdən aşağı və yaxud yuxarı ola bilər. Avtomobilin istehsal ili 5 ildən çox deyilsə vətəndaşın istəyi ilə avtomobilin sığortası zamanı rəsmi servis təminatı verilə bilər. Bu halda gələcəkdə sığorta hadisəsi olarsa təmir və qiymətləndirmə rəsmi servisdə həyata keçirilir.

Kasko sığorta qiymətləri hesablanarkən, sürücünün yaşı və sürücülük təcrübəsi, avtomobilin markası, modeli, mühərrik həcmi, bazar dəyəri və s. nəzərə alınız. Əsasən qiymət, avtomobilin bazar dəyərinin 2.5 – 3.5 % -i aralığında dəyişir.

Avtomobilə dəyən zərərin ödənilməsi, müştərinin istəyinə əsasən, zərər çəkən avtomobilin təmir bərpası yaxud da müştərinin bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi, etibarnaməsiz idarə etməsi, avtomobilə qəsdən zərər vurması, hadisə yerini əsassız tərk etməsi və s. hallar ödənişdən imtinaya səbəb olan hallardır.

Kasko sığorta məhsulları üzrə avtomobilin tam dəyərində, müəyyən limit üzrə həmçinin avtomobilin yarı dəyərində olan sığorta müqaviləsi əldə etmək mümkündür. Avtomobil üzrə tam dəyərinə uyğun sığorta məhsulunu əldə etdikdə avtomobilinizə dəyən zərərlər tam qarşılanır. Hətta avtomobil tamamilə sıradan çıxıb yararsız vəziyyətə düşərsə dəymiş zərər azadolma çıxılaraq ödəniş həyata keçirilir.

Vətəndaş kasko sığorta müqaviləsi əldə edərkən bəzən şərtlərlə tanış olmadığından, azadolma məbləği haqqında da məlumatsız olur. Bu kimi məlumatsızlıqlar gələcəkdə sığorta hadisəsi zamanı sığortaçı ilə sığortalı arasında mübahisələrə səbəb yaradır. Müqavilə əldə edilərkən onun bütün qayda və şərtləri ilə tanış olmaq vacibdir.

– Azdolma nədir? Nə üçün tədbiq olunur?

– Azdolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

Misal üçün sığortalanmış avtomobilin sığortası üzrə müqavilədə şərtsiz azadolma məbləği 300 manat müəyyən edilmişdir.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 5000 manat həcmində zərər dəyb. Bu halda sığortaçı sığorta olunana 4700 manat 5000 – 300 = 4700 manat məbləğində ödəniş həyata keçirdəcək.

Əgər müqavilədə azadolma məbləği şərtsiz deyil, şərtli nəzərdə tutulsa idi, bu zaman zərər həmin məbləğdən çox olduğu üçün bütövlükdə, yəni 5000 manat məbləğində ödəniləcəkdi. Bundan əlavə, əgər dəyən zərərin həcmi 300 manatdan az (məsələn, 270 manat) təşkil etsə idi, müqavilədə azadolma məbləğinin şərtli və ya şərtsiz nəzərdə tutulmasından asılı olmayaraq, heç bir sığorta ödənişi verilməyəcək.

Sığorta müqaviləsində iki növ azadolma məbləğləri müəyyən edilə bilər…

Şərtli azadolma/Şərtsiz azadolma

Şərtli azadolma məbləği – bu növ azadolma məbləği nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində zərər məbləği, avtomobilin qismən sığortası halında isə zərər məbləğinin sığorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsi azadolma məbləğindən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq olunmur.

Şərtsiz azadolma məbləği – bu növ azadolma məbləği nəzərdə tutulduqda azadolma məbləği zərər məbləğindən, avtomobilin qismən sığortası halında isə zərər məbləğinin sığorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsindən çıxılır.

Sığorta müqaviləsində nəzərdə tutulmuş azadolma məbləğinin şərtli və ya şərtsiz olması müəyyənləşdirilməmişdirsə, həmin müqavilə üzrə şərtsiz azadolma məbləği tətbiq olunur.

Azadolma məbləği həm pul məbləği, həm də sığorta məbləğinin və ya zərər məbləğinin faiz nisbəti ilə ifadə oluna bilər.

Bu Qaydaların 39.2-ci bəndində müəyyən edilmiş hal istisna olmaqla, sığorta müqaviləsində müxtəlif hallar üçün müxtəlif azadolma məbləğləri müəyyən oluna bilər.

– Sığorta hadisəsi baş verdikdə sığortalının, yəni avtonəqliyyat vasitəsi sahibinin vəzifələri nədən ibarətdir?

– Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə Dövlət Yol Polisinə hər hansı vasitə ilə xəbər verməlidir.

Daha ətraflı desək dərhal və ya mümkün olan ən qısa müddətdə, lakin 24 saatdan gec olmayaraq hadisə barədə sığorta şəhadətnaməsində göstərilən nömrələrə qəza komissarına  zəng edərək, Sığorta Şirkətinə məlumat verməklə bərabər, həmçinin 102 xidmətinə zəng edərək DİN/DYP əməkdaşlarını hadisə yerinə dəvət etmək lazımdır. Adətən sığorta qəza komissarları həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərir.

Həmçinin avtomobili hadisədən dərhal sonrakı vəziyyətdə saxlayıb qəza komissarının gəlməsini gözləmək lazımdır. Qəza komissarı baxış keçirənədək avtomobilin, onun tərkib hissələrinin yerini dəyişmək məsləhət görülmür. Hər bir halda qəza komissarının izah və göstərişlərinə əməl etmək lazımdır.

Sığortalı nəqliyyat vasitəsinin təmirinə Sığorta Şirkətinin nümayəndələrinin razılığı olmadan başlamalıdır. Həmçinin Demontaj (hissələrin sökülməsi), bərpa və ya təmir işlərinə yalnız sığortaçı razılıq verdikdən sonra və bu hallarda başlamaq olar.

Birincisi zərərin azaldılması, hadisənin nəticələrinin aradan qaldırılması, kiminsə xilas edilməsi, başqalarının hərəkətinə mane olmaması üçün zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;

İkincisi sığortaçı hadisə barədə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə və ya yazılı razılıq verdikdə.

Müsahibəni apardı Əli Vəliyev

XƏBƏR LENTİ
İqtisadi, Müsahibə / 20.02.2023 10:51
Fariz Hacızadə: “Sığorta kifayət qədər spesfik sahədir” – MÜSAHİBƏ
İqtisadi / 16.02.2023 10:47
Əli Hüseynli: “Mingəçevir bölgənin enerji habına çevriləcək”
Müsahibə / 16.02.2023 01:10
Qərbi Azərbaycan Xronikası: Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulub - FOTO - VİDEO
Hadisə / 16.02.2023 01:04
Qərbi Azərbaycan Xronikasında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən danışılıb - VİDEO
Gündəm, Video müsahibə / 15.02.2023 21:58
Doğulmamış azərbaycanlıları öldürən ermənilər - VİDEO
Müsahibə, Siyasi / 15.02.2023 18:21
Qərbi Azərbaycan Xronikası: Pofessor İbrahim Bayramov ilə müsahibə – ANONS
Gündəm, Mətbuat / 09.02.2023 14:32
Jurnalist: “Prezidenti Göyçədə Novruz tonqalına dəvət edəcəyik”
Mətbuat / 09.02.2023 14:20
Qərbi Azərbaycan xronikası: Ermənilər azərbaycanlı jurnalistin ailəsini necə parçaladı? - VİDEO
Gündəm, Siyasi / 09.02.2023 11:25
Həsrətində olduğum Vətənə qayıtmaq əsas hədəfdir – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Gündəm, Mətbuat, Siyasi, Video müsahibə / 08.02.2023 19:00
“Həyat hekayəsi” – Qərbi Azərbaycan Xronikası – TAM MƏTN
Gündəm, Siyasi / 08.02.2023 17:25
Jurnalistin “Həyat hekayəsi” bu gün Baku Tv-nin efirində – ANONS - VİDEO
Siyasi, Təhlil / 05.02.2023 20:07
Heydər Əliyev – Müasir Azərbaycanın memarı
Siyasi, Təhlil / 04.02.2023 17:35
Azərbaycanın dövlətçilik əsasları sivill inkişafa söykənir – MƏQALƏ
Elm və təhsil, Mədəni / 02.02.2023 13:26
“Ötən illər, itən illər” – Vaqif Kərim yaradıcılığının yeni nümunəsi - FOTO
Gündəm, Siyasi, Təhlil / 31.01.2023 11:00
Yolumuz Qərbi Azərbaycanadır – SÜJET
Gündəm, Maraqlı, Siyasi / 30.01.2023 23:54
“Qatarlarla sərvəti daşınan Qərbi Azərbaycan” - VİDEO
Gündəm / 30.01.2023 19:10
Qərbi Azərbaycan Xronikası – Baku Tv-nin efirində
Elm və təhsil, Müsahibə / 26.01.2023 15:39
İsmayıl Rafiqoğlu: “Abşeron zəfəranı daha keyfiyyətlidir” - FOTO
Hərbi, Mədəni / 16.01.2023 19:12
“Zəfərə gedən yol”
Mədəni / 14.01.2023 11:50
Yerin, göyün bir quşu var, qardaşım…
Gündəm / 13.01.2023 13:05
Ulu Öndər region və dünya üçün önəmli şəxsiyyət idi – Heydər ƏIiyevi səfərlərdə müşayiət etmiş jurnalist xatirələrini danışır
Gündəm / 01.01.2023 00:05
Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti
Gündəm / 12.12.2022 08:00
Ulu öndər Heydər Əliyevin vəfatından 19 il ötür
Elm və təhsil, Gündəm / 08.12.2022 20:04
Ələkbər Həsənli – Göyçəmizin göynək yaralı ziyalısı - FOTO
Mədəni / 05.12.2022 16:04
“Sanki Nəsibə Zeynalovanın özü idi…” - FOTO
Elm və təhsil / 04.12.2022 15:11
Şair Nizami Elyanarın “İşğaldan qələbəyə” kitabının təqdimatı olub - FOTO