Siyasi 05.02.2023 20:07

Heydər Əliyev – Müasir Azərbaycanın memarı

 Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin bu il anadan olmasının 100 ili tamam olur. Zaman keçdikcə Heydər Əliyev dühasının əzəməti, böyüklüyü, xalqımız və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz, təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır. Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının görkəmli öndərlərindən biridir. Heydər Əliyev yeni tarix yaradan dövlət xadimi olmuşdur.

    Həyatı daima xalq və haqq yolunda mübarizədə keçən bu dahi insan məhz özünün fitri istedadi, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan xalqını və dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır. Azərbaycanın taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.

    Heydər Əliyevin daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyini düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, onun siyasi fəaliyyəti istər ölkədə, istərsə də dünyada böyük rəğbətlə qarşılanmışdır. Heydər Əliyev sözün əsl mənasında müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Çünki, “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədilbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm , iradə verib və bütün uğurlarımı təmin edib.” – deyən Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş, böyük tarixi nailiyyətlərə imza atmışdır. Prezident İlham Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev həm sovet dövründə, həm müstəqillik ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. Dövlət başçısı vurğulayıb ki, Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. “O bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq Heydər Əliyev həmişə ən düzgün siyasət aparırmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir.”

Sovet dövründə 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev 13 il ərzində respublikamızı aqrar-sənaye ölkəsinə çevirdi. Bu dövrdə Azərbaycan iqtisadi inkişaf tempinə görə bütün respublikaları geridə buraxaraq ən mühüm sosial-iqtisadi göstəricilərə görə birinci üçlükdə yer aldı. Hələ SSRİ dövründə Heydər Əliyev milli-mədəni dəyərlərimizin, dilimizin qorunub saxlanması, respublikamızın inkişafı və perspektivi üçün möhkəm təməllər yaratdı. Belə ki, sənaye müəssisələrinin tikilib istifadəyə verilməsi sahəsində irəliləyişlər qeydə alındı. Neft sənayesi inkişaf etdi, respubllika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat müəssisələri açıldı. Azərbaycan gedən tikinti-quruculuq işləri Bakının və respublikanın rayonlarının simasını dəyişdirdi. Mədəniyyət sahəsində görülən işlər, həyata keçirilən tədbirlər incəsənətdə mühüm dəyişikliklər və inkişaf meylləri yaratdı. Heydər Əliyevin uzaqgörənliyi, cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi böyük əhəmiyyətə malik idi. 1969-cu ildən başlayıb 1982-ci ildə sona çatan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsaslarını formalaşdırdı. Bu illər haqda Heydər Əliyev qeyd edib ki, Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır.

    90-cı illərdə SSRİ-nin dağılması nəticəsində müstəqilliyini əldə edən Azərbaycana rəhbərlik edənlərin zəifliyi, cəsarətsizliyi, xalqın milli maraqlarından çox şəxsi maraqları, ambisiyaları və nəyin bahasına olursa olsun hakimiyyətdə qalmaq uğrunda apardığı mübarizə ölkədəki böhranlı vəziyyəti daha da ağırlaşdırmışdı, bir sözlə Azərbaycan parçalanaraq məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın müstəqillik tarixinin ilk illərini belə xarakterizə etmişdir. “… 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövr itirilmiş imkanlar, itkilər dövrü idi. … 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi.”

    Həmin dövrdə ölkədə mövcud olan vəziyyət xalqın dəstəyinə arxalanan, vətənpərvər, dövlətçilik təcrübəsinə və liderlik keyfiyyətlərinə malik şəxsiyyətin, onun timsalında yeni siyasi qüvvənin meydana çıxaraq tarixi-siyasi məsuliyyəti öz üzərinə götürməsini zəruri edirdi. Yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu siyasət həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. O dövrdə bu lider bəlli idi, yalnız Vətəninə, xalqına, müstəqil milli dövlətinə bütün varlığı ilə bağlı olan, böyük idarəçilik məharətinə və təcrübəsinə malik olan Heydər Əliyev ola bilərdi. Azərbaycan xalqı ümidini müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı.

    Belə çətin və mürəkkəb vəziyyətdə Heydər Əliyev böyük cəsarətlə xilaskarlıq missiyasını öz üzərinə götürərək ümumxalq dəstəyi nəticəsində Azərbaycanın vətənpərvər oğulları Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasının yaradılmasında və müasir Azərbaycan dövlətçiliyinin qurulmasında yaxından iştirak etdilər. Heydər Əliyev o dövrdə ölkədə gedən dağıdıcı proseslərin qarşısını almaq üçün, onu düçar olduğu dərin siyasi, iqtisadi, ictimai, hərbi böhran uçurumundan xilas etmək məqsədilə Yeni Azərbaycan Partiyasını yaratdı və ilk sədri yekdilliklə Heydər Əliyev seçildi. İkinci dəfə Azərbaycanda Heydər Əliyevin rəhbərliyə gəlişi ölkəni düçar olduğu ağır vəziyyətdən çıxartdı və Azərbaycan müstəqil dövlət kimi tanındı.

    2003-cü ildə cənab İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi nəticəsində bu gün ölkəmizdə müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyev siyasəti yaşayır və cəmiyyətimizin həyatında, dünyada baş verən proseslərə, müasir dövrün tələb və çağırışlarına uyğun olaraq təkmilləşdirilir və uğurla davam etdirilir. Bu ümummilli inkişaf yolu müasir Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin xalqımızın suveren və firavan gələcəyi ilə bağlı arzularını tam gerçəkliyə çevirməklə yanaşı, bizi daha böyük uğurlara, tərəqqiyə aparır.

 

Qurbanov Sultanəli, f.ü.f. doktoru, dosent, Səbail YAP ƏPT-nin sədri

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO