Siyasi 21.10.2026 13:31

Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO

“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, növbəti material Zəngəzur mahalında yerləşən Almalıq kəndi haqqındadır.

“Ermənistanda sovet dönəmində ləğv edilmiş Almalıq azərbaycanlı kəndinin tarixi” adlı süjetdə bildirilir ki, XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər” adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunacaq.

Kənd tarixən azərbaycanlıların əcdadlarının yaşadığı və qərb hissəsinin bolşeviklər tərəfindən Ermənistana verildiyi Zəngəzurda yerləşib. Çar dövründə adları Almalıq, Almaluq, Almalux, sovet dövründə Almaluq olub.  Kəndin adı XIX əsrin ikinci yarısında Rusiya imperiyasının mənbələrində qeyd edilir. Çar dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub. Erməni mənbələrinin də istinad etdiyi həmin dövrə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. 1886-cı ilə aid mənbədə Almalıq nümayəndələri, əsasən, Zəngəzur qəzasında yaşamış sarallı türk tayfasının qışlağı kimi göstərilib. Orada qeyd olunur ki, kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 51 nəfər yaşayıb. 1897-ci ildə 81 nəfər, 1914-cü ildə 465 azərbaycanlı yaşayıb.

1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb. 1918-1920-ci illərdə müstəqil erməni silahlı dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Yelizavetpol quberniyasında, o cümlədən Zəngəzurda türk əhaliyə qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, eləcə də digər bölgələrdə, xüsusən də Qarabağ və Naxçıvanda həyata keçirilib. Arxiv sənədlərinə əsasən, artıq 1917-ci ildə Almalıq kəndi erməni döyüşçülər tərəfindən dağıdılıb. Etnik təmizləmənin nəticələri 1919 və 1922-ci illərin statistik məlumatlarında öz əksini tapıb; burada Almalıq kəndi dağılmış kimi qeyd olunub.

Xatırladaq ki, Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. Nadir elmi-tədqiqat işi olan “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

“Qərbi Azərbaycanın yaddaş yerləri” “AZfront” və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları – qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.

Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanır.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO
Sosial / 18.10.2026 10:48
“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO
Sosial / 17.10.2026 12:01
“Bu dövrdə kim anasına baxır?!” – O VAXTLAR - VİDEO
İdman / 16.10.2026 00:05
Şəhid Jurnalistlərin Xatirə Turnirində 4-cü tur başlayır - FOTO
Elm və təhsil / 15.10.2026 11:22
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Sosial / 14.10.2026 11:36
“Ayağımı yumağa 5 manat alır” – “Arzunun vaxtı” - VİDEO
İdman / 14.10.2026 07:22
Xatirə Turnirinin 3-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Mədəni / 13.10.2026 11:38
Müharibədən səhnəyə uzanan həyat – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 13.10.2026 08:49
Üçüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Sosial / 12.10.2026 11:37
Rizvan Hacıyev yazır: Dünyəvilik dinsizlik deyil…
İdman / 12.10.2026 00:23
Xatirə Turnirində 3-cü turun nəticələri - FOTO
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO