Maraqlı 26.10.2026 12:09

Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO

Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Afaq Hüseynovanın  “Retro Baku” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, veriliş tanınmış sovet və amerikan aktyoru Saveli Kramorovun həyatına həsr olunub.

Süjetdə bildirilir ki, o, 1934-cü il oktyabrın 13-də Moskvada  tanınmış vəkil Viktor Kramorovun ailəsində doğulub. Onun dörd yaşı tamam olmamış atası 1938-ci ildə antisovet təbliğatı ittihamı ilə həbs olunaraq 8 il müddətinə QULAQ düşərgələrinə göndərilir və illər sonra dünyasını dəyişir. Saveli anası Benedikta ilə tək qalır, ailə qorxu və yoxsulluq içində yaşayır. Saveli 16 yaşında olanda anası xərçəngdən vəfat edir. Onu dayısı yanına aparır. Saveli dünyada necə sağ qalmağın yollarını axtarırdı. O, xilas yolunu görünməz olmaq və ya təlxəyə çevrilmək olduğunu düşünür, sifətinin, göz qapağındakı qalınlaşmanın qəribə olduğunu fərq edərək bu qüsuru silaha çevirir. Kramorov çəpgöz şəkillərini kinostudiyalara göndərir.  Zaman keçdikcə xalqın sevimli komik aktyoruna çevrilir. 1971-ci ildə “Cənablar bəxtəvərdir” filmində çəpgöz rolu yaranır. O, bundan sonra əsas gəlirini filmlərdən yox, “solo konsertlərdən” qazanır. 1970-ci illərin ortalarında gizli milyonçuya çevrilir.  Onun şənbə günü çəkilişə çıxmaqdan imtina etməsi sovet sistemi üçün açıq çağırış idi. Artıq o, KQB (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) üçün zərərsiz komik kimi görünmür, əlaqələri və rəsmi maaşından qat-qat çox gəlirləri izlənilir. Ona Xalq artisti adı verilmir, xarici ölkələrə qastrol səfərləri pozulur və nəhayət, istintaq  söhbətlərinə çağırılır. O, İsrailə getmək üçün sənəd verməsinə görə “qara siyahıya” düşür. Teatrdan qovulur, filmlərdən çıxarılır və adı qadağan edilir. Aktyor pul qurtaranda antik kolleksiyasını satmağa başlayır.

KQB onu aclıq və unudulmaqla sındırmaq istəsə də Kramorov geri çəkilmir. Soyuq müharibənin qızğın vaxtında ABŞ Prezidenti Ronald Reyqana dövlət başçısı kimi yox, bir aktyorun digər aktyora müraciəti kimi məktub yazır. Məktub “Amerikanın səsi” radiosunda oxunur, qəzetlərdə dərc edilir. Dünya Sovet İttifaqında sevimli gülüş ustasının girov saxlanıldığını öyrənir. Sovet rejimi seçim qarşısında qalır, onu ya öldürməli, ya həbs etməli, ya da ölkədən çıxarmalı idi. Beynəlxalq qalmaqal yaranmasın deyə, 1981-ci il oktyabrın 31-də Saveli Kramorova Moskvanın Şeremetyevo hava limanından xaricə getməyə icazə verilir. O, ABŞ kinoaktyorları gildiyasına üzv olur., Saveli Kramorov rejissor Uolter Hillin 1988-ci ildə çəkdiyi “Qırmızı istilik” filmində baş rolda oynayan Arnolt Şvartsnegerlə birlikdə rol alır. Aktyor 6 iyun 1995-ci ildə San-Fransiskoda (ABŞ) dünyasını dəyişir.

Süjetd qeyd olunur ki, Saveli Kramarov anasına olan sevgisi ilə də xatırlanır. Belə ki, 1950-ci ildə anasını itirən aktyor bu ayrılığın ağrısını uzun illər qəlbində daşıyırdı. Anası Benedikta Solomonovna Volçekin külü Moskvadakı Donskoy qəbiristanlığının kolumbariumunda saxlanılırdı. ABŞ-yə mühacirət etməzdən əvvəl, Kramarov 1980-ci illərin əvvəllərində anasının külü saxlanılan qabı – urnanı gizlicə oradan götürərək özü ilə xaricə aparır və Amerikada yaşadığı evin yaxınlığında, bir ağacın altında torpağa basdırır. Bu hadisə aktyorun anasına olan dərin bağlılığı əks etdirən təsirli hekayədir.

Sonda vurğulanır ki, Saveli Kramarovun həyat hekayəsində qazandığı sevgi və tənhalıq, gizli milyonlar, imperiyadan qaçış, azadlıq tələsi, ölümsüzlük arzusu və nəhayət ömrü boyu qorxduğu xəstəlik dayanır. Sovet sisteminə nifrət edən, ağrılı-acılı ömür yolu olan  tanınmış aktyorla bağlı yadda qalan isə sovet rejimindən sağ qurtulmaq üçün özünə məcbur axmaq maskası taxması, göz qapağındakı qüsuru silaha çevirməsi, 120 yaşına qədər xoşbəxt yaşamaq istəyi və çəkildiyi filmlərdir.

Veriliş oktyabrın 25-də Baku TV-nin YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Maraqlı, Mədəni / 26.10.2026 12:09
Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO
Maraqlı, Siyasi, Sosial / 25.10.2026 10:40
Qərbi Azərbaycan həqiqətləri: Bəriabadın taleyi necə dəyişdi? - FOTO - VİDEO
Sosial / 24.10.2026 11:03
“Qayınanam “kapriznıy” idi, kaş başqa cür danışardım” – O VAXTLAR - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.10.2026 16:37
Paşinyanın ismarışları – demokratiyadan sui-istifadə metodu – TƏHLİL - FOTO
İdman / 23.10.2026 00:01
Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO
Sosial / 18.10.2026 10:48
“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO
Sosial / 17.10.2026 12:01
“Bu dövrdə kim anasına baxır?!” – O VAXTLAR - VİDEO
İdman / 16.10.2026 00:05
Şəhid Jurnalistlərin Xatirə Turnirində 4-cü tur başlayır - FOTO
Elm və təhsil / 15.10.2026 11:22
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Sosial / 14.10.2026 11:36
“Ayağımı yumağa 5 manat alır” – “Arzunun vaxtı” - VİDEO
İdman / 14.10.2026 07:22
Xatirə Turnirinin 3-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Mədəni / 13.10.2026 11:38
Müharibədən səhnəyə uzanan həyat – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 13.10.2026 08:49
Üçüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Sosial / 12.10.2026 11:37
Rizvan Hacıyev yazır: Dünyəvilik dinsizlik deyil…
İdman / 12.10.2026 00:23
Xatirə Turnirində 3-cü turun nəticələri - FOTO
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO