Hərbi 20.10.2026 12:02

Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO

Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Rəhim Hüseynov haqqında reportaj hazırlayıb.

 Rakus.az xəbər verir ki, reportajda şəhidin anası Həqiqət Hüseynova oğlunun uşaqlıq illərini xatırlayıb, onun erkən yaşlarından fərqləndiyini bildirib.

“Rəhim bizim dördüncü övladımızdır. Rəhimdən əvvəl üç oğlumuz tələf olub. Ona görə də Rəhim bizim üçün arzu edilən uşaq olub. Təkcə ailəmizdə yox, bütün nəslin sevimlisi olub”.

Həqiqət Hüseynovanın sözlərinə görə, Rəhim 13 yaşından ailəsindən ayrı yaşamağa başlayıb. Hərbi təhsil və sonrakı xidmət illəri ərzində onu nadir hallarda görə biliblər.

“Biz Rəhimi bir də şəhid olandan sonra tanıdıq”, – anası deyib.

Mayor Rəhim Hüseynov Azərbaycan Ordusunun peşəkar zabitlərindən biri kimi müxtəlif xarici ölkələrdə ölkəmizi təmsil edib. Atası Qədir Hüseynovun sözlərinə görə, o, təxminən, 30 xarici ölkədə Azərbaycan Müdafiə Nazirliyini təmsil edib və xidməti ilə bağlı həmişə xoş sözlər eşidilib: “Hərbi xidmət illərində Rəhim Hüseynov dünyanın müxtəlif bölgələrində olub, beynəlxalq missiyalarda iştirak edib. O, NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiya çərçivəsində də xidmət edib. Rəhim Hüseynovun ailəsi ilə son telefon danışığı 2020-ci il oktyabrın 17-də olub”.

Bacısı Rahidə Əliyeva həmin zəngin cəmi 32 saniyə davam etdiyini söyləyib: “Lakin bu qısa müddət onun yaddaşında ömrü boyu silinməyəcək bir xatirəyə çevrilib. Axırıncı dəfə oktyabrın 17-si danışdıq. Bizim telefon danışığımız 32 saniyə çəkdi. Rəhim özü zəng vurmuşdu və həmin 32 saniyəyə sanki bir dastan sığdırdı. Heç imkan vermədi ki, mən ondan nəsə soruşum. Həmişə, istər müharibə dövründə, istər adi danışıqlarımızda olsun, ilk növbədə uşaqların təhsili ilə maraqlanırdı. Odun-alovun içində də məndən birinci uşaqların təhsilini soruşdu. Uşaqların üstündə möhkəm durmağımı tapşırdı. Özümə yaxşı baxmağımı dedi. Sanki bilirdi ki, bu, son danışığımızdır”.

Xatırladaq ki, Rəhim Hüseynov ailəsinin dördüncü övladı olub. Ondan əvvəl ailədə üç oğlan uşağı dünyasını dəyişib. Buna görə də Rəhim ailəsi üçün yalnız çoxdan gözlənilən övlad deyil, həm də bütün nəslin sevimlisi olub.

 Veriliş oktyabrın 18-də Baku TV-nin YouTube kanalında yayımlanıb.

Ətraflı videoada tanış ola bilərsiniz:

 

XƏBƏR LENTİ
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO
Sosial / 18.10.2026 10:48
“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO
Sosial / 17.10.2026 12:01
“Bu dövrdə kim anasına baxır?!” – O VAXTLAR - VİDEO
İdman / 16.10.2026 00:05
Şəhid Jurnalistlərin Xatirə Turnirində 4-cü tur başlayır - FOTO
Elm və təhsil / 15.10.2026 11:22
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Sosial / 14.10.2026 11:36
“Ayağımı yumağa 5 manat alır” – “Arzunun vaxtı” - VİDEO
İdman / 14.10.2026 07:22
Xatirə Turnirinin 3-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Mədəni / 13.10.2026 11:38
Müharibədən səhnəyə uzanan həyat – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 13.10.2026 08:49
Üçüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Sosial / 12.10.2026 11:37
Rizvan Hacıyev yazır: Dünyəvilik dinsizlik deyil…
İdman / 12.10.2026 00:23
Xatirə Turnirində 3-cü turun nəticələri - FOTO
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO