Azərbaycanda koronavirusa (COVID-19) 3196 yeni yoluxma faktı qeydə alınıb, 1598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Rakus.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 24 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 28122 nəfərdir.
Ölkədə son sutka ərzində 15175, hazırkı dövrədək isə 1607455 test aparılıb.
Ümumi ölənlərin sayı 1131 nəfərdir.
Ümumi yoluxanların sayı 93094 nəfər, ümumi sağalanların sayı 63841 nəfərdir.