Azərbaycanda koronavirusa (COVID-19) 799 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Rakus.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 26 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 17786 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 9364, hazırkı dövrədək isə 2231993 test aparılıb.
Ümumi ölənlərin sayı 2818 nəfərdir.
Ümumi yoluxanların sayı 222200 nəfər, ümumi sağalanların sayı 201596 nəfərdir.