Dünya 30.03.2021 16:12

Almaniya Azərbaycanı erməni mafiyasına görə “itirir” - FOTO

Alman mediasının Azərbaycana sinxron “hücum” seansı davam edir. Nüfuzlu “Frankfurter Allgemeine Zeitung” nəşrinin 28 mart tarixli buraxılışının 5-ci səhifəsində Almaniyada “Azərbaycan lobbiçiliyi”nə nə az, nə çox bütün bir səhifə həsr olunub. Növbəti dəfə tezis səsləndirilib ki, guya xüsusən Baden-Vürtemberq torpaqlarından olan alman deputat şəbəkəsi qara kürü, neft pulları, ya da bahalı hədiyyələr qarşılığında uzaq Azərbaycanın maraqları naminə çalışıb. Düzdür, lobbi fəaliyyəti ilə məşğul olduğu ehtimal edilən deputatlardan heç birinə qarşı iddialar alman istintaq orqanları tərəfindən belə sübut olunmayıb, heç məhkəmə qərarları da mövcud deyil. Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin “Stuttgarter Zeitung” qəzetinə verdiyi müsahibəsində bildirib ki, onun üçün “təqsirsizlik prezumpsiyası” son dərəcə vacibdir, deyə “Caliber” yazır.

Bu kontekstdə Almaniyada geniş rezonans almış alman siyasətçilərin erməni mafiyası ilə sıx əlaqələrinin hekayəsini xatırlamaq yerinə düşər. Belə ki, ötən ilin əvvəlində Almaniyanın kriminal xronikası Qafqaz respublikalarından gələnlərin cinayət əməlləri barədə məlumatlarla dolmuşdu. Alman polisi artıq uzun illərdir ki, Qafqaz “etnokriminal”ına qarşı mübarizə aparır. Bununla yanaşı Almaniyanın şərqində güclü mövqe tutan məhz erməni mafiyasıdır. 2019-cu ilin sonunda proses artıq siyasi xarakter almağa başladı – Almaniyanın dövlət telekanalları açıq şəkildə bildirdilər ki, erməni kriminalının caynaqları artıq Bundestaq deputatlarına çatıb.

Ötən ilin yanvar ayında Almaniyanın ictimai televiziya kanalları Türingiya əyalətinin paytaxtı Erfurtda sənədləri saxtalaşdırmaqda şübhəli bilinən erməni mafiyası üzvlərinə qarşı reydlər barədə məlumat vermişdi. Bundan bir qədər əvvəl eyni şəhərdə 36 yaşlı erməni avtoxuliqanla bağlı bir hadisə regional cinayət xəbərlərində qeyd olunmuşdu. Polislər həmin şəxsi dayandıra bildikdən sonra məlum oldu ki, söhbət hüquq-mühafizə orqanlarının əməkdaşlarının köhnə tanışından gedir – saxlanılan şəxs Erfurtdakı erməni mafiyasının liderlərindən biridir. Onun kriminal keçmişi 2014-cü ilə – bütün Almaniyanı sarsıdan Erfurtdakı kazinolardan birinin qarşısında Ermənistandan olan 15 miqrantın iştirakı ilə atışmaya qatıldığına görə müttəhim skamyasında oturduğu vaxta gedib çıxır. Həmin qalmaqallı hadisədə boks üzrə erməni əsilli alman dünya çempionu Karo Murat da “üzə çıxdı”. Alman müstəntiqlər Muradın oyun klubunun qarşısında baş verən atışmada iştirak etməsindən şübhələndilər, lakin sonradan gözlənilmədən onun qardaşı Koko Murat oyun klubunu ziyarət etdiyini etiraf etdi. Ancaq ARD ictimai televiziyası istintaq orqanlarının operativ məlumatlarına istinadən məlumat verdi ki, Karo Muratın mobil telefonu və şəxsi avtomobili həmin gün atışma baş verən rayonda olub.

Fotoda: boksçu Karo Murat (solda) və onun qardaşı Koko Murat (sağda). MDR

Alman polisinin diqqətindən digər bir detal da yayınmayıb: həmin atışmanın iştirakçılarının çoxu bir neçə il ərzində digər məşhur alman boksçusu, erməni əsilli çempion Artur Abrahamın Berlindəki şirkətinin adına qeydiyyata alınmış mobil telefonlardan istifadə ediblər. Abraham idman sahəsi ilə yanaşı daşınmaz əmlak ticarəti ilə də məşğuldur. Abraham şübhəlilərlə əlaqələri barədə alman jurnalistlərinin çoxsaylı sorğularına cavab verməyib. Almaniyanın ictimai televiziya kanalı ARD-nin “Exakt – die Story: Paten in Deutschland” adlı sənədli filmində Abraham Almaniyadakı erməni mafiyasının əsas simalarından biri kimi təsvir edilir.

Fotoda: Artur Abrahamın biznes imperiyası. 2014-cü ildə Erfurtdakı atışmanın iştirakçılarının telefonları onun kompaniyasında qeydiyyatdan keçirilib. MDR

Narkotik ticarəti, saxta pullar, idman mərcləri ilə manipulyasiya, qumar oyunları, qanunsuz miqrasiyanın təşkili, nəzarətindəki əmlak şirkətləri vasitəsilə “qara kapital”ın leqallaşdırılması – bu Almaniyada kök salmış erməni cinayətkar qruplarının maraq dairələrinin sadəcə natamam siyahısıdır. Paralel olaraq, mafiya ənənələrinə uyğun onlar alman siyasətçiləri arasında sıx əlaqə qururlar.

Bundestaqda çirkin əlaqələr

Qəribə bir təsadüf nəticəsində Ermənistanın Almaniya Bundestaqında ən fəal lobbiçilərindən biri Türingiyadan olan millət vəkili Manfred Qrunddur (Xristian Demokrat İttifaqı). Üstəlik, Qrund birbaşa Ayxsfeld bölgəsindən seçilmiş parlamentaridir: 2014-cü ildə əks-səda doğuran atışma məhz burada baş verib.

Davamı daha maraqlıdır: millət vəkili bir neçə il əvvəl Dağlıq Qarabağa qanunsuz səfər edib, bundan az sonra öz yanında işə Dağlıq Qarabağdan olan Andranik Aslanyan adlı bir erməni əməkdaşını götürüb. Aslanyan millət vəkilinin “elmi referenti” kimi qələmə verilməsinə baxmayaraq, eyni zamanda “ELASE” şirkətinin rieltoru və direktorudur ki, Almaniya İctimai Televiziyası buna da xüsusi diqqət ayırıb. Aslanyanın şirkəti Leypsiqdə daşınmaz əmlak əməliyyatları aparır (kriminal boksçu Karo Murat da burada evlərə sahibdir). Aslanyan tanınmamış “DQR” muzdlularına kömək məqsədilə pul toplamaq üçün Almaniyada 2016-cı ildə marafon təşkil edib. Bu vəsaitlər sonradan nə qədər “təmiz” şəkildə paylandığını “konserv generalı” Manvel Qriqoryanın nümunəsində və 2020-ci il müharibəsində Ermənistanın ağır məğlubiyyətə uğramasından da görə bildik.

Fotoda: Manfred Qrundun əmlak ticarəti ilə məşğul olan “elmi referenti” Andranik Aslanyan.

ARD kanalının sənədli filmində XDİ-dən başqa bir millət vəkili Albert Vaylerə xüsusi diqqət yetirilib. Eynən Manfred Qrund kimi, o da parlamentdə Türingiya seçki dairəsini təmsil edir. Vayler Alman-Erməni Forumuna rəhbərlik edir, Artur Abraham və erməni mafiyasının digər ehtimal olunan üzvləri ilə əlaqədədir. Alman KİV-ləri qeyd edir ki, Almaniya-Ermənistan Forumunun təsisçiləri arasında adları erməni mafiyası məsələsində çəkilənlər də var. Eyni zamanda, Vaylerin ofisində Alla Serobyan adlı işçi var: nə qədər “inanılmaz” olsa da o da Ermənistandandır.

Fotoda: Bundestaqın Türingiyadan erməni mafiyası ilə əlaqələri olan iki deputatı Manfred Qrund və Albert Vayler.

Beləliklə, XDİ-nin Türingiyadan – erməni mafiyasının Almaniyada yerləşdiyi əsas bölgədən olan iki deputatı heyətlərində erməni işçilərini (bəlkə kuratorları?) saxlayır, erməni kriminal aləminin nümayəndələri ilə əlaqə saxlayır, eyni zamanda Almaniya parlamentində Ermənistanın qatı lobbiçiləridir. Üstəlik, hər iki millət vəkili, mətbuatın və müstəntiqlərin birbaşa erməni mafiyası ilə əlaqələndirdiyi bir şəxs olan, Ermənistanın Almaniya Federativ Respublikasındakı səfiri Aşot Smbatyanla sıx əlaqədədirlər.

“Alman Federal Kəşfiyyat Xidmətinin 2008-ci ildə hazırladığı məxfi rəyə əsasən, Ermənistan Respublikasının Almaniyadakı hazırkı səfiri Aşot Smbatyan 10 il əvvəl qaçqınların sərhəddən qanunsuz köçürülməsində iştirak etməkdə şübhəli bilinirdi. Sənəddə o həmçinin “qanuni oğru” da adlandırılır… 2005-ci ildə prokurorluq Smbatyana qarşı “çirkli pulların yuyulması” şübhəsiylə istintaq aparıb”, – deyə Almaniyanın “Spiegel” qəzeti 2018-ci ilin noyabrında məlumat vermişdi.

Fotoda: Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyan. Ondan arxada deputat Manfred Qrundun əmlak ticarəti ilə məşğul olan “elmi referent”i Andranik Aslanyan.

Mediada əks-səda doğuran yazılara baxmayaraq, hakim partiyadakı millət vəkilləri Qrund və Vayler erməni “oğru dünyası” ilə şübhəli əlaqələrindən ictimaiyyətə açıqlama vermədilər. Belə görünürdü ki, Alman mətbuatı Azərbaycana yaxşı münasibət bəsləyən millət vəkilləri məsələsində olduğu kimi, erməni mafiyası ilə oturub-duran deputatlar haqqında mütəmadi yazılar verməli idi. Lakin izahı olmayan nələrsə baş verir: sanki sehrli bir çubuqla bu iş mediada tez bir zamanda ört-basdır edilir. Məhkəmələr və jurnalistlər Ermənistanın mafioz səfiri Aşot Smbatyanın birdən-birə “təqsirsizlik prezumpsiyası”nı və hətta “işgüzar nüfuzu”nu xatırlayır. Yəni aparıcı Avropa demokratiyası öz jurnalistlərinə Smbatyan haqqında mafiya işi kontekstində araşdırma aparmağı və məqalələr dərc etməyi sadəcə qadağan edir.

Bundan sonra Almaniya dövlətinin qərəzsizliyinə və Almaniya mediasının obyektivliyinə inanmaq olarmı? “Spiegel” və MDR tərəfindən 2018-ci ilin noyabr ayında birgə araşdırması dərc edildikdən sonra erməni mafiyası mövzusu Almaniyanın informasiya sahəsində mövcud idi, lakin bunun Manfred Qrund, Albert Vayler və onların erməni işçiləri üçün heç bir nəticəsi olmadı. Alman Kriminal Polisi (BKA) tərəfindən FATİL (“Fight against thieves in law”) adlı erməni cinayətkar qruplarına qarşı mübarizəyə yönəlmiş istintaq dövlətdən maliyyə çatışmazlığı üzündən… dayandırıldı. Necə deyərlər, şərhsiz: Siyasi iradə olsaydı Avropanın ən varlı ölkəsi belə bir araşdırma üçün pul tapa bilərdi.

Süni tənəffüs aparatı tədarük etmək pisdir, amma erməni mafiyası üçün işləmək yaxşıdır?

Ədalət naminə qeyd etmək lazımdır ki, özəl söhbətlərdə bəzi alman mütəxəssislər və politoloqlar Azərbaycan lobbiçiliyi ilə bağlı hazırkı kampaniyada rəsmi Bakının günahkar olmadığını və Qarabağ amilinin indiki vəziyyətdə rol oynamadığını təkrarlamaqdan usanmırlar. Problem sanki daxili Almaniya siyasi mətbəxindədir: Angela Merkel bu payızda siyasi səhnədən gedəcək və indi sosialistlər və “yaşıl”ların təmsil olunduğu sol spektr Xristian Demokrat İttifaqının (XDİ) 16 illik fasiləsiz hökmranlığından sonra hakimiyyətə can atır. Almaniyadakı jurnalistlər daha çox bu siyasi qüvvələrə rəğbət bəsləyirlər və bu gün deyilənə görə, Azərbaycan yalnız daxili siyasi mübarizədə bir vasitədir, lakin kampaniyanın məqsədi deyil.

Lakin burada sual yaranır, niyə siyasi mübarizədə erməni mafiyasına işləməkdə şübhəli bilinən XDİ-dan olan Almaniya deputatları ilə bağlı qalmaqal “vasitə” kimi istifadə edilmir?

Necə də olsa bu mövzu Almaniyadan Azərbaycana süni tənəffüs aparatlarının tədarükünün guya “siyasi motivli” olması ilə bağlı bir məqalədən daha samballı bir hekayədir. Üstəlik “siyasi motiv” barədə iddialar həm təchizatçı şirkət, həm də Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən dərhal təkzib edilib.

Gəlin indi Alman mediasının məntiqini anlayın: Azərbaycana ventilyator göndərmək olmaz, ancaq ən çirkin, qanunsuz bizneslə məşğul olan erməni mafiyası ilə işləmək olar.

Berlin bölgədən geri çəkilməyə imza atıb?

Azərbaycana edilən informasiya hücumlarında və onu Bakını dəstəkləmək istəyən hər hansı bir Almaniya siyasətçisi üçün məqsədyönlü şəkildə “zəhərli bir ölkəyə” çevirmək kampaniyasında Almaniya hələ də əsas suala cavab verməyib: “Azərbaycan şəbəkəsi” ölkə üçün hansı təhlükəli və ya neqativ fəaliyyəti ilə yadda  qalıb? Məsələn, təqiblərə dözməyərək bu yaxınlarda ürək böhranından qəflətən vəfat edən Bundestaqın millət vəkili Karin Ştrençin “günah”ı nə idi? Alman mediası öz zəhərli yazılarında bu gün də onun məzarı üzərində oynamağa davam edir. Yeri gəlmişkən, Ştrenç açıq şəkildə “Avropanın siyasi əxlaqı”nı nəzərə almadan Ermənistanı işğalçı adlandıran və ondan birbaşa Azərbaycan ərazilərindən çıxmağı tələb etmək cəsarəti və xarizması olan nadir siyasətçilərdən biri idi. Görünür, bunun üçün onu hələ də bağışlamayıblar.

Məgər məhz Almaniyanın özü Azərbaycanın Ermənistana qarşı 44 günlük müharibəsinin başlamasına az qalmış Avropanın ən böyük ölkələri arasında qondarma “DQR səfirlikləri”ni bağlayan ilk ölkə deyilmi? Berlin Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb, ancaq 2020-ci ildə müharibə başladıqdan sonra Almaniya tarixinin ən qeyri-populyar Xarici İşlər naziri Heiko Maas çox axmaq diplomatik addım atdı: Azərbaycan hücuma dərhal son qoymasa, Bakını Dağlıq Qarabağ münaqişəsində Ermənistanın lehinə “Almaniyanın bitərəfliyini yenidən nəzərdən keçirməklə” təhdid etdi.

Gözlənildiyi kimi, İlham Əliyev Berlinin və digər dünya paytaxtlarının hay-küylərinə baxmayaraq, 10 noyabr 2020-ci ildə erməniləri təslim olmağa məcbur edənə qədər Azərbaycan ordusunun işğal olunmuş əraziləri azad etmək uğrunda əməliyyatını dayandırmadı.

Nəticədə, münaqişənin qorunub saxlanılmasına və erməni işğalına səssiz dəstək verən Avropa yeni Qafqaz reallıqlarından kənarda qaldı. Xarici siyasətdəki sərt ermənipərəst mövqeyi ilə seçilən Parisin belə bir aqibətdən kənar qalması çətin olsa da, Berlinin Bakı ilə etibarlı münasibətlərini davam etdirmək və hətta yeni səviyyəyə qaldırmaq üçün hər şansı var idi. Ancaq görünən odur ki, Almaniya Azərbaycanın ona uzatdığı dostluq əlini havada qoymağa və bölgədəki fəaliyyətini mütləq minimuma endirməyə qərar verib. Bu o deməkdir ki, Almaniya fondlarının ölkəmizdəki, münaqişədən sonrakı tənzimlənmədə fəaliyyəti, eləcə də Almaniya şirkətlərinin işğal olunmuş ərazilərin bərpasında iştirakı kimi məsələlər digər Avropa ölkələri də daxil olmaqla daha çox dost münasibət bəsləyən ölkələrin xeyrinə gündəmdən çıxarılır.

XƏBƏR LENTİ
Hərbi, Təhlil / 27.06.2024 22:16
“Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır” - FOTO - VİDEO
Təhlil / 27.06.2024 17:30
Beynəlxalq səviyyəli münaqişələrdən necə istifadə edilir – TƏHLİL
Hərbi / 27.06.2024 13:32
Ermənistan təxribata əl atarsa… – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO
Təhlil / 20.06.2024 15:39
Uğur əldə edə bilməyəan hərəkat – Baqratdan qopmalar – TƏHLİL
Təhlil / 20.06.2024 13:47
Qərbi Azərbaycan: Kipr modeli – ANONS
Siyasi, Sosial / 19.06.2024 22:44
Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu - FOTO - VİDEO
Siyasi / 19.06.2024 13:50
Ərazisi 5 dəfə bölünən rayon – ANONS - VİDEO
Gündəm / 18.06.2024 22:48
“İrəvan Respublika Meydanının kabusu-gizlədilmiş həqiqətlər” - FOTO - VİDEO
Gündəm / 18.06.2024 18:30
“Adəm də, Makedoniyalı İsgəndər də, Napoleon da ermənidir?!” - VİDEO
Siyasi, Sosial / 18.06.2024 12:49
“İrəvanda Respublika Meydanının kabusu – ANONS
Siyasi / 18.06.2024 12:27
“Nə üçün Puşkin “sən qorxaqsan, sən qulsan, sən ermənisən” deyib?” – ANONS
Elm və təhsil / 17.06.2024 18:51
Sona Abbasəliqızı Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib - FOTO
Maraqlı, Sosial / 15.06.2024 22:19
Ağkilsədə ağ daşdan tikələn kilsə üzərində Alban yazısı - FOTO - VİDEO