Siyasi 07.05.2024 19:45

ABŞ səfirinin Şuşaya səfəri – demaqogiyaya qoyulan nöqtə – TƏHLİL

İşğal altında olan bölgəyə Ermənistandan səfərlərlə Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları pozulurdu. Bu normaları pozanlara qarşı uyğun sanksiyalar tətbiq olunurdu.

İndi Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin bütövlüyünü və suveren hüquqlarını bərpa edib. Regiona bütün səfərlər sərbəstdir. Düzdür, mina təhlükəsizliyi baxımından müəyyən problemlər qaldığı üçün hələ ki ziyarət nəzarət altında reallaşır.

Ancaq Füzuliyə, Ağdama, Şuşaya, Laçına, Zəngilana, Qubadlıya, Kəlbəcərə səfərlə Gəncə, Quba, Şəki, Lənkəran, Yevlax, Bərdəyə səyahət arasında heç bir fərq yoxdur. Çünki hamısı Azərbaycan torpağıdır. Ölkənin bütün bölgələrində dövlət qurumları fəaliyyət göstərir və Azərbaycan hakimiyyətinin nəzarəti altındadır.

Bu yaxınlarda ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və xanımı Danusya Libbi Qubaya səfər edib. Onlar Qırmızı Qəsəbədə olublar. Qonaqlar yəhudilərin Pesax bayramını qeyd etmək üçün Dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşüblər. Eləcə də sinaqoqlara, muzeylərə və Tağlı Körpüyə baş çəkiblər.

Ancaq təəssüf ki səfir Mark Libbi bir neçə gün əvvəl Şuşaya səfər etməməsi ilə bağlı özfəaliyyətə yol vermişdi. O, bunun səbəbini belə açıqlamışdı: “Azərbaycan ərazisində səfərləri səfirlik planlaşdırır”. Səfir bildirmişdi ki, bu ərazilərə səfərlər bir az fərqli və bir az daha çox koordinasiya tələb edir: “Ancaq mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm. Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

Qaydalara əsasən, ölkədə fəaliyyət göstərən səfirlər dövlət tədbirlərinə dəvət edilir. Bununla belə həmin mərasimlərdə iştirak edib, etməmək səfirin müstəsna hüququdur. O, bu barədə mütləq öz ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verir. Bundan başqa səfir öz dövləti ilə fəaliyyət göstərdiyi ölkə arasında münasibətlərin normallaşması istiqamətində çalışmalıdır. Onun xidmət etdiyi dövlətə yanaşması fərdi sayıla bilməz. Azərbaycanla ABŞ arasında münasibət normaldır. Bu baxımdan səfirin “şou” ilə bağlı açıqlamasının ölkələrarası münasibətə təsir etməsi mümkün olmasa da, “dəyirmana su tökməyə” oxşayır.

Ancaq 2022-ci ilin yayında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində təşkil olunan xüsusi sessiyaya qatılmışdı. Onun bu addımı ölkə ictimaiyyəti tərəfindən xoş qarşılanmışdı. Bu addım həm də Azərbaycanın ərazi bütövlüyünə hörmət sayılır.

Səfir Mark Libbi də bəhs etdiyimiz açıqlamasından bir həftə sonra Şuşaya səfər etməklə Azərbaycan-ABŞ münasibətləri ilə bağlı yayılan dedi-qodulara bir zərbə vurub. Onun “Şuşada olduğuma görə xoşbəxtəm” açıqlaması ölkələrarası əlaqələrə xoşməramlı ismarış da sayıla bilər. Bu səfərə iki aydır hazırlaşdıqlarını, qonaqsevərliyə görə təşəkkürünü özünəməxsus üzrxahlıq kimi də qiymətləndirmək olar. Mark Libbinin sosial şəbəkədə “Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm” paylaşımı indiki məqam üçün yerinə düşür.

Bütün hallarda səfir 30 il ərzində Ermənistanın və havadarlarının işğal altında törətdikləri vəhşiliklərin izlərini əyani olaraq görüb. O, regionda davam edən bərpa və yenidənqurma işlərinə də şahid olub.

Bu, əslində ABŞ səfirinin Şuşaya gecikmiş səfəridir. Çünki Ştatlar vaxtı ilə Azərbaycan torpaqlarının işğal altında olduğunu qəbul etmişdi və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə səs vermişdi. Hətta, Ermənistanın işğalı altında olan 8 kənddən 4-nün Azərbaycana qaytarılmasını, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasını müsbət qarşılamışdı.

Bu məntiqlə torpaqlar azad edildikdən sonra həmin əraziyə səfər etməmək, buna siyasi, beynəlxalq əhəmiyyətli don geyindirmək məntiqli deyil.

Digər tərəfdən ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə dəfələrlə məktub ünvanlayaraq Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq edəcəklərini vurğulayıb. Məsələn, ötən ilin mayında göndərdiyi məktubda o vurğulamışdı: “30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – bura Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir”.

Prezident İlham Əliyevlə ABŞ dövlət katibi Antoni Blinken arasında bu ilin ilk dörd ayında bir neçə təmas olub. Fevralın 17-də Münxendə dövlət başçısı ilə dövlət katibi arasında görüş keçirilib. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunmuşdu. O, Azərbaycanın COP29 rəhbərliyini öz üzərinə götürməsini vacib sayaraq, buna ciddi dəstək verəcəklərini bildirmişdi. Növbəti təmas isə aprelin 3-də reallaşıb. Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüş barədə məlumatlandırmışdı.

Bu kimi təmaslardan göründüyü kimi Azərbaycanla ABŞ yaranmış problemləri və ya ziddiyyətli məsələləri müzakirə yolu ilə həll edə bilir.

Səfir Mark Libbinin Şuşaya səfəri Dövlət Departamentində də mənfi qarşılanmayıb. Qurumun rəsmi nümayəndəsi Metyu Miller səfirin Şuşaya səfəri ilə bağlı ünvanlanan suala cavabında deyib: “Heç bir şərhim, yaxud gözləntim yoxdur”.

Bu, səfirin Şuşa səfərinə, onunla bağlı yayılan müxtəlif məzmunlu fikirlərə, demaqogiyaya nöqtə qoyulması kimi də dəyərləndirilə bilər. Mark Libbiyə Azərbaycanın başqa bölgələri də “Xoş gəlmisiniz” deyər, lap Şuşadakı kimi o da özünü xoşbəxt hiss edər. Odur ki, səfirin Azərbaycanın növbəti bölgəsinə ziyarəti xəbərini gözləyək.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO