Siyasi 04.03.2025 22:17

Arazdəyən, Aralıq, Aralıq Qoyun – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Ermənilərin 1897-ci ildə yerləşdirildiyi türk yurdu” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Arazdəyən, Aralıq, Aralıq Qoyun toponimi haqqında söz açılır.

Bildirilir ki, haylar zaman-zaman türklərə aid şəhərləri, qəsəbələri, kəndləri daim mənəvi terrora məruz qoyaraq saxtakarlıq üçün zəmin yaradıblar.

Arazdəyən – Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd adıdır. Azərbaycanlıların yaşadığı kəndə ermənilər 1897-ci ildə köçürülüb. 1968-ci il iyulun 3-də kəndin adı dəyişdirilib Yerasx qoyulub.

Arazdəyən – Vedi rayonu ərazisində xutor olub və XX əsrin əvvəllərində ləğv edilib.

Aralıq – Şörəyel mahalının Düzkənd, sonralar Axuryan adlandırılan rayonda kənd adıdır. Kənddə azərbaycanlıların etnoqrafik qruplardan olan qarapapaqlar yaşayıb. Onlar 1918-ci ildə erməni soyqırımına məruz qalaraq deportasiya olunublar və bura  Türkiyədən köçürülən ermənilər yerləşdirilib. 1945-ci il dekabrın 7-də adı dəyişdirilib Yerezqavors qoyulub.

Aralıq – Talın mahalının eyni adlı rayonu ərazisində kənd olub.  Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə doğma torpaqlarından çıxarılıb və xaricdən köçürülən ermənilər yerləşdirilib.

Aralıq Qoyun –  Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayon ərazisində qışlaq adıdır və 1940-cı illərin axırlarında xarabalığa çevrilib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycandakı toponimlərin kütləvi şəkildə adının dəyişdirilməsi, yaşayış məntəqələrinin xarabalığa çevrilməsi mənfur ermənilərin saxta, süni məkan yaratmaq xülyasının bir parçasıdır: “Təbii ki, bu xülyalar elə yuxu kimi qalacaq,  Qərbi Azərbaycanın əzəli və əbədi sakinləri yenidən öz tarixi torpaqlarının sakinləri olacaqlar”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında martın 4-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO