Mədəni 18.07.2026 10:22

“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO

Bu gün Baku Tv-də Müəllif və Yaradıcı Departamentinin təqdimatı ilə müəllif-aparıcı Gülnarə Aydının hazırladığı “O Vaxtlar” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “O vaxtlar” verilişinin qonağı Əməkdar artist Gövhər Rzayeva olub.

Ailə həyatı və cehiz ənənələrindən danışan G.Rzayeva hesab edir ki, gənc ailəyə hər şeyi hazır şəkildə vermək düzgün deyil. Onun sözlərinə görə, ər-arvad müəyyən şeyləri birlikdə əldə etdikdə həm bir-birinə daha çox bağlanır, həm də qazandıqlarının qədrini bilir: “Bizim qızlara çox cehiz verməsinlər. Hər şey hazır olanda kişinin marağı bayırda olur. Qoy özləri çalışsınlar, alsınlar, əziyyət çəksinlər. Onda onun qədrini bilərlər. Biləndə ki, bu stəkanın biri var, biri yoxdur, əl-ələ verib çalışırlar”. Keçmiş toy adətlərini xatırlayan Əməkdar artist qadın və kişi rəqsləri arasında əvvəllər aydın fərq olduğunu bildirib. O, müasir dövrdə bu sərhədlərin getdikcə itdiyini deyib: “Qadının qadın kimi oynamağı var, süzməyi, sındırmağı var. İndi elə oynayırlar ki, sanki kişi oynayır. Qadınlar kişiləşib, kişilər də qadınlaşıb. Bilmirəm, nə yeyirlər, nə içirlər, bu havada nə var”. “Sovetski”də böyüdüyünü deyən Gövhər Rzayeva bakılı olmağın yalnız paytaxtda yaşamaqla ölçülmədiyini vurğulayıb. Onun sözlərinə görə, köhnə Bakı məhəllələrində insanların özünəməxsus qayda-qanunları, mehribanlığı və bir-birinə hörməti olub: “Bakıda yaşaya bilərsən, amma bakılı ola bilməzsən. Mən “Sovetski”nin göbəyində böyümüşəm. Oranın qanunları, qaydaları var idi. Qonşu qonşunun dadına, hayına çatardı. Açarını qonşuya verirdin, evini öz evindən də yaxşı qoruyurdu”.

Veriliş iyulun 17-də saat 23:30-da Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.

Ətraflı videoada tanış ola bilərsiniz:

XƏBƏR LENTİ
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO
Dünya, Təhlil / 16.07.2026 17:33
İranda hakimiyyətdaxili mübarizə – ABŞ-nin təxirə saldığı quru əməliyyatı – TƏHLİL - FOTO
Gündəm, Təhlil / 13.07.2026 17:16
IV Şuşa Qlobal Media Forumu – Azərbaycan Prezidentinin dünyaya ismarışları – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 10.07.2026 16:26
Avropa Parlamentinin türklərsiz Kipr siyasəti – qərəzli və təhrif olunmuş yanaşma – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 09.07.2026 17:07
Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO
Dünya, Hərbi, Təhlil / 06.07.2026 17:43
Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 03.07.2026 16:54
Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO
Dünya, Təhlil / 01.07.2026 16:15
ABŞ-İran danışıqlarına mane olan əllər – TƏHLİL - FOTO
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO
Dünya, Təhlil / 25.06.2026 16:41
Fransanın cinayətkar hərəkətləri – Parisin cani erməni sevdası – TƏHLİL - FOTO
Dünya, Təhlil / 24.06.2026 17:51
ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO
Təhlil / 23.06.2026 15:06
Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 22.06.2026 17:46
ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO
Təhlil / 19.06.2026 17:19
Moskvanın itən qüdrəti – Rusiya üçün dirilik suyu – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 11.06.2026 17:25
Qaçqınlıq və məcbur köçkünlük – dünya güclərinin toqquşan maraqları – TƏHLİL - FOTO