Sosial 19.07.2026 11:40

300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO

Bu gün Baku Tv-də Müəllif və Yaradıcı Departamentinin təqdimatı ilə müəllif-aparıcı Kəmalə Bədəlovanın hazırladığı “Kəndinə qayıt” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, yeni buraxılışda Goranboy rayonunun Səfikürd kəndinə səfər edilib.

Qeyd edilir ki, rayon mərkəzindən, təxminən, yeddi kilometr məsafədə yerləşən Səfikürd qədim tarixi, özünəməxsus təbiəti və adət-ənənələrini qoruyan sakinləri ilə diqqət çəkir.

Verilişdə kənd sakinlərinin yaratdığı “Doğma kəndimiz” adlı “WhatsApp” qrupundan bəhs olunub. Bildirilib ki, 300-dən çox üzvü olan qrup vasitəsilə kəndin abadlaşdırılması üçün iməciliklər təşkil edilir. Sakinlər həftəsonu bir araya gələrək yolları və ətraf əraziləri təmizləyir, Şəhidlər xiyabanındakı ağac və güllərə qulluq edirlər. “Qrupun öz nizamnaməsi var. Əsas məqsəd kəndin abadlaşdırılmasıdır. Ayda dörd dəfə, şənbə və ya bazar günləri iməcilik təşkil edirik”, – kənd sakin bildirib.

Səfikürd sakinləri kəndin adət-ənənələrini də yaşadırlar. Tut mövsümündə qadınlar bir araya gələrək bəkməz hazırlayır, təndir çörəyi bişirirlər. Kənd sakini Telli xala bəkməzin hazırlanma qaydasından danışaraq onun tərkibinə heç bir əlavə məhsul qatılmadığını bildirib. Verilişdə 90 yaşına yaxın Gülnaz nənə ilə də həmsöhbət olunub. Doqquz övlad böyüdən kənd sakini müasir dövrdə valideynlərin uşaq saxlamağın çətinliyindən şikayətlənmələrinə münasibət bildirib. “Bir uşağa baxmaq çətin deyil. Özlərinə zəhmət vermirlər. Mən doqquz uşaq böyütmüşəm. Onlar bir-birini saxlaya-saxlaya böyüyüblər. İndi də hamısı mehribandır”, – Gülnaz nənə söyləyib.

Veriliş iyulun 19-də Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.

Ətraflı videoada tanış ola bilərsiniz:

XƏBƏR LENTİ
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”