40 illik tamadanın həyat hekayəsi” – O VAXTLAR - VİDEO
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Gülnarə Aydının “O Vaxtlar” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişin budəfəki qonağı qonağı Masallı sakini, 40 il toy məclislərində aparıcılıq etmiş Allahşükür Zeynalov olub.
O, söhbət zamanı Kolatan kəndindəki ata yurdundan, ailə xatirələrindən, keçmiş toy adətlərindən, həyatın mənasından və insan münasibətlərindəki dəyişikliklərdən danışıb.
A.Zeynalov 40 il toy məclislərini idarə edən müsahib keçmişdə toyların öz qanun-qaydaları və adətləri olduğunu vurğulayıb, həmçinin pulun yerə səpilməsinə və cırılmasına qarşı sərt mövqeyini bölüşüb: “1992-ci ildə oğlumun toyunda yağış yağırdı, pullar yerə tökülür, palçığa, ayaqqabılara yapışırdı. Bu mənə çox pis təsir etdi, axı pul bərəkətdir. Başqa bir toyda isə bir nəfər əlindəki pulu tikə-tikə edib başqasının başına səpdi. Musiqini saxlatdım, dedim, o pulları yığ, cibinə qoy. Etiraz etdi, çıxartdım çölə, sonra pulu yığdırdım, dedim, bir kisə un al, kasıb qapısına qoy”.
Müsahib əvvəlki dövrlərdə kənddə və qonşular arasında səmimiyyətin, yardımlaşmanın güclü olduğunu, lakin son illərdə bu doğmalığın azaldığını qeyd edib: “Keçmişdə qonşuların çəpəri belə olmazdı, hamı bir-birinin həyətinə girərdi, gecələr oturub söhbət edərdilər. İndi doğma qardaş qardaşı, bacı qardaşı axtarmır. Hətta elə hallar görmüşəm ki, övlad valideyninin nə dəfninə, nə də cümə axşamına gəlib, amma ehsan pulunu istəyib”.
Veriliş noyabrın 20-də Baku TV-nin YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














