Dünya 18.05.2019 22:20

Avstriyanın ultra-sağçı lideri istefa verdi – TƏHLİL - FOTO

Avstriyanın vitse-kansleri və ultra-sağçı lideri Hans-Kristian Straş şənbə günü sağçı koalisiya hökümətin hakimiyətdən getməsinə səbəb ola biləcək “fəlakətli” video görüntüsü səbəbilə istefa verdiyini elan edib.

Rakus.az xəbər verir ki, naməlum mənbələrdən əldə olunan video görüntüdə Azadlıq Partiyasının lideri Straşın 2017-ci ildə qalib olduğu seçkidən qısa müddət sonra Rusiya oliqarxının qohumu olduğunu söyləyən bir qadınla görüşdüyü göstərilir.

Avropa Parlament seçkilərindən bir həftə öncə Almaniya mediası tərəfindən cümə günü yayımlanan bu videoda Straşın siyasi və maddi dəstək müqabilində bir şirkətə müavilələr təklif etdiyi göstərilir.

“Bu, ağılsızlıq, məsuliyyətsizlik və səhv idi”, Straş mətbuat konfransında bildirib. Göz yaşı axıdan Ştraş həyat yoldaşı və başqalarının onu bağışlamasını istəyib. Lakin o, qanunsuz heç nə etmədiyini və bunun “hədəfli siyasi sui-qəsd” olduğunu deyib.

“Mənim sözlərim fəlakətli və çox utanc verici olub” – deyə, o, videoya istinad edərək söyləyib. Həmin videoda Straş həmçinin partiyanın maliyyə qaydalarından və onlardan yan keçməyin yollarından bəhs edir, lakin eyni zamanda qanuni şəkildə hərəkət etməkdə israr edir.

Hans-Kristian Straş
Hans-Kristian StraşAvstriyanın kansleri Sebastian Kurzun şənbə günü bəyanat verəcəyi gözlənilir. Bu məsələnin təkcə Straşa təsir göstərib-gəstərməyəcəyi, Kurzun da onun mühafizəkarları ilə Azadlıq Partiyası arasında koaliyasının yaranması ilə nəticələnən seçkidən bir il yarım sonra erkən seçki keçirilməsinə göstəriş verib-verməyəcəyi bəlli deyil.Kurz populyarlığını qorumaq üçün dəfələrlə özünü Azadlıq Partiyasından, xüsusilə də partiya rəsmilərinin cəlb olunduğu və ya anti-semitizm və irqçiliklə bağlı qalmaqallardan uzaqlaşdırmağa çalışıb.Straş bu davranışını müdafiə etməyə çalışsa da, videoda cazibədar olduğunu söylədiyi qadını cəzb etməyə çalışdığına görə üzr istəyib.

“Bu, alqokolun təsiri altında edilən tipik maço davranışdır. Bəli, mən cazibədar qadını cəlb etməyə çalışırdım və özümü lovğalanan yeniyetmə kimi aparırdım”, – o deyib.

Avstriya kansleri Sebastian Kurz
Avstriya kansleri Sebastian Kurz

Straş onu partiyadakı müavini, nəqliyyat naziri Norbet Hoferin əvəzləyəcəyini söyləyib. Hofer 2016-cı ildə az səs fərqi ilə prezident seçkisində məğlub olub və Straşdan daha populyardır.

“Mən heç bir halda, yanlış davranışımın hökümətin çökməsinə səbəb olmasını istəmirəm”, – Straş deyib.

Sosial Demokratlar, liberal Neos partiyası və Yaşıllar daxil olmaqla müxalif partiyalar erkən seçkinin keçirilməsinə çağırıb. Üzərində solçu şüarlar yazılan plakatlar tutan yüzlərlə insan Kurzun ofisinin önündəki meydanda toplaşaraq, “erkən seçki” şüarları səsləndirib.

Kurzun koalisiya seçimləri məhduddur. Onun partiyası rəy sorğularında öndə getsə də, əksəriyyəti təşkil edə bilmir. Azadlıq Partiyasından başqa parlamentdə çoxluq təşkil edə biləcək digər partiya Sosial Demokratlardır. Kurzun isə onlarla çətin münasibətləri var.

Xatırladaq ki, iki gün əvvəl Avstriyanın müxalifət partiyaları hazırkı koalisiyalı hökumətin vitse-kansleri Haynts-Kristian Ştraxenin tutduğu vəzifədən istefa verməsini tələb ediblər.

Buna səbəb H.K.Ştraxenin 2017-ci ilin yayında İspaniyanın İbiza adasında tətildə olarkən gizli kamera ilə çəkilmiş videomaterialla bağlı siyasi qalmaqalın yaranmasıdır. Avropa Parlamentinə seçkilər öncəsi yayılan videomaterial Avstriyada ciddi rezonans doğurub. Videoda özünü rus oliqarxlarından birinin qohumu kimi təqdim edən şəxslə H.K.Ştraxenin söhbəti və bu söhbət zamanı partiyaların maliyyələşdirilməsi, bu maliyyələşmənin seçkilərə təsiri və əvəzində investisiya imkanlarının yaradılması, aparıcı mətbuatda partiya üçün təbliğatın aparılması kimi məsələlər yer alıb.

H.K.Ştraxenin sədri olduğu Avstriya Azadlıq Partiyasından videomaterial ilə bağlı heç bir açıqlama verilməsə də, müxalifət partiyaları onun vəzifəsindən getməsini, həmçinin koalisiyalı hökumətin istefasını tələb ediblər.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO