İdman 02.08.2019 09:20

Azərbaycan futbol tarixinə düşdüyümüzə görə sevinirik – Bordin

Bizi çətin rəqib gözləyirdi. Bunu ilk dəqiqələrdən göstərdilər, bizə çətinliklər yaratdılar. İlk dəqiqələrdən irəli atılacaqları, risk edəcəkləri gözlənilirdi. Rəqibin təzyiqinə baxmayaraq, futbolçularım buna düzgün qarşılıq verdilər. Rauf Əliyevin vurduğu ilk qoldan sonra isə oyun bizim xeyrimizə dəyişdi.
Rakus.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiyanın “Arsenal” (Tula) komandasını məğlub edən Bakının “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin deyib.
İtaliyalı baş məşqçi deyib: “Emin Mahmudovun sağlamlığında həftəboyu problem yaranmışdı. Buna görə də kifayət qədər məşq edə bilmirdi. Bu problem ilk oyundan sonra yaranmışdı. Oyunçuların durumu barədə sabahdan maraqlanacağıq. Növbəti mərhələdəki rəqibimiz haqda sabahdan düşünməyə başlayacağıq. Bu gün qələbə qazanmışıq. Çalışacağam oyunçularla bunu qeyd edim. Sabahdan növbəti mərhələnin hazırlığına başlayacağıq”.
R.Bordin bildirib ki, “Arsenal” ilk oyunda da, bu gün də çox yaxşı futbolçuları olduğunu göstərdi. Texniki və fiziki cəhətdən çox yaxşı komandadır. Azarkeşlərimiz hər zaman bizi dəstəkləyirlər. Onlar bugünkü qələbəyə layiq idilər. Bu qələbə hamımızındır. “Forza Neftçi” üzvlərini İsraildə də görmək istəyərdim. Avrokuboklarda ardıcıl 4 qələbə ilə Azərbaycan futbol tarixinə düşdüyümüzə görə sevinirik. Bununla kifayətlənmirik. Çalışacağıq ki, qələbələri sıralamaqda davam edək. Transferlərlə bağlı da fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, “Bakcell Arena”da təşkil olunan matçda “Neftçi” komandası “Arsenal”ı (Tula) 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə, “Neftçi” komandası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə komandamızın rəqibi İsrail təmsilçisi “Bneyi Yehuda Təl-Əviv” olacaq. Bu mərhələnin oyunları avqustun 8-də və 15-də keçiriləcək. “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.

XƏBƏR LENTİ
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO