Mətbuat 07.10.2026 10:20

“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO

Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Arzu Səfərovanın  “Arzunun vaxtı” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, budəfəki buraxılışda 33 yaşlı əlilliyi olan Fərid Əliyev həyatında qarşılaşdığı çətinliklərdən, uşaqlıq illərindən və böyük arzularından danışıb.

Bildirilir ki, Fərid Əliyev 3 aylıq olarkən vurulan peyvənddən sonra serebral iflic xəstəliyinə tutulduğunu və uşaqlıqdan bəri böyük əziyyətlər çəkdiyini bildirib. O, cəmiyyətin əvvəllər ona qarşı olan münasibətini və çətin günlərini belə xatırlayıb:

“Mən səhnələrə, sosial şəbəkələrə çıxana qədər insanlardan fərqli münasibət görürdüm. Demək olar ki, 10 nəfərdən 9-u məni görəndə qulağını çəkirdi. Amma sonradan hər şey dəyişdi. Şükürlər olsun ki, indi mən özüm də blogerəm, modellik edirəm və insanlara göstərirəm ki, bizim digərlərindən daxilən heç bir fərqimiz yoxdur”.

Verilişdə ailəsinin keçmişdə böyük maddi çətinliklər yaşadığını vurğulayan Fərid heç vaxt başqalarına möhtac olmadıqlarını deyib: “Biz elə günlər yaşadıq ki, evdə yeməyə çörəyimiz belə olmadı. Günlərlə ac qalmışıq, amma bir nəfərə də ağız açmamışıq. 2011-ci ildə şaxtalı, qarlı havada cırıq ayaqqabı ilə lavaş satırdım. Anamın bişirdiyi lavaşları satıb ailəmizə çörəkpulu qazanırdım. Sonradan qardaşlarım böyüdü, ailəmizin vəziyyəti düzəldi”.

Veriliş oktyabrın 6-da Baku TV-nin YouTube kanalında yayımlanıb.

Ətraflı videoada tanış ola bilərsiniz:

 

XƏBƏR LENTİ
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO