Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Sentyabrın 26-da və 27-də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirində 1-ci turun oyunları keçirilib.
Rakus.az xəbər verir ki, A və B qrupları üzrə 4 komanda görüşüb. İlk olaraq meydançaya AzTv və AZƏRTAC komandaları çıxıb. Görüş televiziya təmsilçilərininin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı Tennis Akademiyası
26 Sentyabr – I tur
A qrupu
17:00 AzTv – AZƏRTAC – 4:2
Qollar: Orxan İmanlı 2, Anar Əhmədov 1, Nurlan Budaqov 1 (AzTv)
Yusif Məlikzadə 2 (AZƏRTAC)
SARI KART: Nəriman Rizvanov (AzTv)

Günün 2-ci qarşılaşmasında Veteranlar ilə Əmirxeyir üz-üzə gəlib. Oyun 4:2 hesabı ilə veteranların qələbəsi ilə başa çatıb.
180:00 Veteranlar-Əmirxeyir – 4:2
Qollar: Müsayir Məmmədov 2, Elçin Mustafayev 1, Ramiz Hüseynov 1 (Veteranlar)
Ümman Ağamalıyev 1, Elnur Ağamalıyev 1 (Əmirxeyir)
SARI KART: Şükür Məmmədalıyev (Veteranlar)
Oyunları AFFA-nın hakimləri Elgün Hüseynov və Mahir Məmmədov idarə ediblər.
Xal vəziyyəti: AzTv 3 xal, Veteranlar 3 xal, AZƏRTAC 0 xal, Əmirxeyir 0 xal.


xxx
Sentyabrın 27-də – bazar günü B qrupu üzrə 2 qarşılaşma baş tutub. Sahəyə ilk olaraq ATV ilə APA komandaları çıxıb. Hesab 10:4 birincilərin xeyrinə başa çatıb.
Bakı Tennis Akademiyası
27 Sentyabr – I tur
B qrupu
17:00 ATV-APA – 10:4
Qollar: Famil Hüseynov 4, Rauf Akifoğlu 3, Niyazio Səlimbəyli 2, Azər Nağıyev 1 – (ATV)
Rasim Sultanzadə 2, İsmayıl Xeyrullayev 1, Ulucay Məmmədov 1 (APA)


Sonra MEDİA ilə Qaraqoyunlu qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 2:7 hesablı nəticə qeydə alınıb.
17:00 MEDİA-Qaraqoyunlu – 2:7
Qollar: Əhməd Mhmudov 2 (MEDİA)
Firuz Zeynalov 3, Şəhriyar Hacıyev 1, Orxan Əsgərov 1, Niyaz Abdullayev 1, Əli Mamoyev 1 (Qaraqoyunlu)
SARI KART: Cavidan Şükürov (MEDİA), Orxan Əsgərov (Qaraqoyunlu)
Saat 17:00-da və 18:00-da başlayan oyunları AFFA-nın hakimləri Hidayət Feyzullayev və İmran Məhərrəmov idarə ediblər.
Xal vəziyyəti: Qaraqoyunlu 3 xal, ATV 3 xal, APA 0 xal, MEDİA 0 xal.
İkinci turun oyunları oktyabrın3-4-də C və D qrupları üzrə baş tutacaq.

Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının, Azərbaycan Minifutbol Federasiyasının (AMF) və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
İldə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub – “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.
Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.




















