İdman 25.09.2026 12:48

Sabah Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə sentyabrın 26-dan noyabrın 15-dək həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi və 1-ci turun oyunları keçiriləcək.

Rakus.az xəbər verir ki, saat 16:30-da başlayacaq açılış mərasimindən sonra A və B qrupu üzrə iki qarşılaşma baş tutacaq. Sahəyə ilk olaraq AzTv ilə AZƏRTAC komandaları çıxacaq. Bu oyunun ardından Veteranlar ilə Əmirxeyir təmsilçiləri yaşıl meydanda üz-üzə gələcək.

Komandaların heyətləri belədir:

AzTV – (forma-ağ) – Cavid Abbasov, Anar Əhmədov, Tural Ələsgərli, Orxan İmanlı, Nurlan Budaqov, Fərid Məmmədov, Rufan Qasımov, Eldar Soltanov, Fəxrəddin Zahidov, Nəriman Rizivanov, Kamran Rizvanov, Emil Baxşəliyev. Məşqçi Teymur Qasımov, koordinator Zahir Bayramov.

AZƏRTAC – (forma-sarı-ağ) – İlkin Cavanşirov, Balamir Əzimov, Roman İsmayılov, Natiq Musayev, Heydər Məmmədov, Vurğun Məmmədov, Elmir Səftərov, Fuad İsmayılov, Orxan Kərimov, Samir Hacıyev, Mikayıl Məmmədov, Rəşad Xudiyev, Abbasəli Yadigarov, Hikmət Əhmədov, Ziya Ağazadə, Vüqar Əmrullayev, Fərid Səlimov, Vüsal Nəbiyev.

Veteranlar – (forma- qara) – Abbas Rəhimov, Natiq Vəliyev,  Şükür Məmmədalıyev, Şükür Verdiyev, Araz Qurbanov, Toğrul Süleymanov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Elçin Mustafayev, Rəşad Məmmədalıyev, Aqil Qurbanov, Xəlil Xudayev, Murad Vəliyev, Sənan Məlikov, Nihad Həsənzadə,  Zaur Hüseynov, İsrafil İsmayılov.

Əmirxeyir – (forma – qırmızı) –
Rauf Məhəmmədov, Elnur Ağamalıyev,
Tural Nağıyev, Samir İbrahimov,
Emil Qurban zadə, Ümman Ağamalıyev, İlkin Kərimli, Elvin Mustafayev, Ramazan Abbasov, Bəxtiyar. Komandanın rəhbəri: Murad Abdullayev. Məşqçi köməkçisi Fariz Ağamalıyev.

Birinci turun növbəti oyunları sentyabrın 27-də baş tutacaq. Tamaşaçılar  ATV-APA, ardınca MEDİA-Qaraqoyunlu qarşılaşmasını izləyəcəklər.

Komandaların heyətləri belədir:

ATV – (forma-göy) – Emin Abbaslı, Hüseyn Abasov, Azər Nağıyev, Famil Hüseynov, Rauf Hüseynov, Tamerlan İmanov, Rüstəm Rüstəmov, Niyazi Səlimbəyli, Alim Kərimov. Məşqçi Nicat Abbasov.

APA– (forma- qırmızı-qara) – Rasim Sultanzadə, Ulucay Məmmədov, Əmir Quluzadə, Ağa Cəfərov, Aqil Lətifov, Rahib Ələsgərov, Rüstəm Məmmədov, Murad Şirinov, İsmayıl Xeyrullayev, Kamran Məhərrəmov, Şair Abdulla, Rəşad Aslanlı.

MEDİA – (forma-qara-qırmızı) – Vüqar Qarayev, Murad Şirinov, İman Məcidov, Əhməd Mahmudov, Cavidan Şükürov, Xanoğlan İmanov, Bağırağa Cəfərli, Əli Tağıyev, Məsim Məsimzadə, Elmir Məlikov, Fəxrəddin Həsənov, Ayxan Abdullayev.

Qaraqoyunlu – (forma- sarı) – Ramil Səfərov, Fuad Abdullayev, Tural Səfərov, Taleh Pirverdiyev, Təhmasib İsmayılov, Orxan Əsgərov, Əvəz Abdullayev, Firuz Zeynalov, Oktay Süleymanov, Harun Pirməmmədov, Bəşir Allahverdiyev, Şəhriyar Hacıyev, Niyaz Abdullayev, Əli Mamoyev, Baş məşqçi Pirməmməd Xəlilov, məşqçi köməkçisi Nürəddin Mustafayev.

Saat 17:00-da və saat 18:00-da Bakı Tennis Akademiyasında baş tutacaq oyunları AFFA-nın hakimləri idarə edəcək.

Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirin ilk ilində,  yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub –  “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.

Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.

OYUNLARIN CƏDVƏLİ

26 Sentyabr, Şənbə

I TUR

17:00 — AzTV – AZƏRTAC

18:00 — Veteranlar – Əmirxeyir

 27 Sentyabr, Bazar

17:00 — ATV – APA

18:00 — MEDİA – Qaraqoyunlu

 

3 Oktyabr, Şənbə

II TUR

17:00 — Xəzər TV – BakuWS

18:00 — Zəfər-44 – Ardanış

4 Oktyabr, Bazar

17:00 — CBC Sport – AnewZ

18:00 — Gəncəvi Media – VƏTƏN

 

10 Oktyabr, Şənbə

III TUR

17:00 — AzTV – Veteranlar

18:00 — AZƏRTAC – Əmirxeyir

11 Oktyabr, Bazar

17:00 — ATV –  MEDİA

18:00 — APA –  Qaraqoyunlu

 

17 Oktyabr, Şənbə

IV TUR

17:00 — Xəzər TV –  Zəfər-44

18:00 — BakuWS –  Ardanış

18 Oktyabr, Bazar

17:00 — CBC Sport –  Gəncəvi Media

18:00 — AnewZ –  VƏTƏN

 

24 Oktyabr, Şənbə

V TUR

17:00 — AzTV –  Əmirxeyir

18:00 — AZƏRTAC – Veteranlar

25 Oktyabr, Bazar

17:00 — ATV – Qaraqoyunlu

18:00 — APA –  MEDİA

 

31 Oktyabr, Şənbə

VI TUR

17:00 — Xəzər TV  – Ardanış

18:00 — BakuWS – Zəfər-44

1 Noyabr, Bazar

17:00 — CBC Sport – VƏTƏN

18:00 — AnewZ – Gəncəvi Media

 

7 noyabr – 1/4

A1-B2 – 17:00

C1-D2 – 18:00

 

 8 noyabr – 1/4

17:00 B1-A2

18:00 D1-C2

 

14 noyabr – YARIMFİNAL

17:00 A1/B2 – C1/D2

18:00 B1/A2 – D1/C2

 

15 noyabr – 3-cü yer

FİNAL – MÜKAFATLANDIRMA

17:00/18:00

 

XƏBƏR LENTİ
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
İdman / 25.09.2026 12:48
Sabah Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür
Dünya, Siyasi, Təhlil / 07.09.2026 16:37
ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO