Siyasi 02.10.2026 17:13

Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO

Ermənistanda hökumət-ümumerməni kilsəsi qarşıdurması davam edir. Ölkənin Baş naziri Nikol Paşinyan katolikos II Qareginin Erməni Həvari (Apostol) Kilsəsini (EHK) “işğal etdiyin” bildirib. O, kilsənin idarə edilməsində qanunvericilikdə dəyişikliklərin zəruriliyini də vurğulayıb.

Nikol Paşinyan ötən gün keçirdiyi brifinqdə kilsə ilə bağlı çıxışını davam etdirərək deyib ki, kilsə katolikos və ya yepiskopların deyil, o, mömin xalqındır: “Mömin xalq kilsənin idarə edilməsindən kənarlaşdırılıb”.

Baş nazir kilsə ilə hökumət arasında mövcud böhrandan bəhs edərək bu barədə medianın yazdığını qeyd edib. Onun sözlərinə görə, bəziləri göstərmək istəyirlər ki, bu böhranı hökumət yaradıb: “Bu böhran bizdən asılı olmayaraq mövcuddur”.

Paşinyan administrasiyasının İctimai əlaqələr və informasiya mərkəzinin dərc etdiyi “EHK-da böhran və onun həlli yolları” haqqında məruzədə kanonlaşdırma ilə bağlı bütün faktların qarşılıqlı əlaqəsi, onların kanonlardan uzaqlaşmasını göstərilib və “EHK-nın müəyyən orqanlarının qeyri-legitimliyini” üzə çıxarıb.

Nikol Paşinyan həmin məruzəyə istinadən kiləsinin “işğal edildiyini” deyib.

Belə çıxır ki, II Qareginin katolikos olmasına kanonlar icazə vermir. O, uzun illər qanunsuz olaraq ermənilərin ən müqəddəs saydıqları məbədə başçılıq, hətta dəfələrlə erməni cəmiyyətini qonşu ərazilərin işğalı üçün çağırıb və ya buna təşviq edib.

Baş nazir kilsəyə aid məsələləri Ktriç Nersesiyanın (II Qaregin mülki adı) həll etmək səlahiyyətinin olmadığını deyib. O, II Qaregini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin agenti adlandıraraq məsələni daha sərt şəkildə ifadə edib: “Kilsə məsələləri “KQB agentləri” vasitəsilə həll edilməməlidir”.

Baş nazir dövlətlə kilsə münasibətlərinin konstitusiya əsasında, qanunlarla tənzimləndiyini vurğulayıb. Onun sözlərinə görə, kilsənin hesabına daxil olan ianələrdən icma xəbərdar olmalıdır.

Qeyd edək ki, Ermənistanda EHK ilə dövlət arasındakı qarşılıqlı münasibətlər Ermənistan Respublikasının Konstitusiyası ilə tənzimlənir. Ölkənin əsas qanunu ona erməni xalqının milli kilsəsi statusunu və mənəvi həyatda onun müstəsna missiyasını tanımaqla yanaşı, həm də dini birliklərin dövlətdən ayrılığını elan edir.

Paşinyan vurğulayıb ki, Ktriç Nersisyan getməlidir, başqa variant yoxdur. O bunun üçün dövlətin bütün rıçaqlardan istifadə edəcəyini də vurğulayıb: “O kimdir ki, bizim ən müqəddəs məkanımızda otursun. O heç kimdir”.

Burada bir sıra mətləblər aydınlaşır. Hökumət, daha doğrusu, Paşinyanla Nersisya (II Qaregin) arasında münaqişənin başlıca səbəbi ermənilərin baş keşişinin “KQB” agenti olması imiş.

Bu yerdə yada 1988-89-cu illərdə Azərbaycanda erməni kilsəsinin oynadığı rol yada düşür. Bakıda, Gəncədə erməni kilsələri yerli hakimiyyət orqanlarından gizli fəaliyyət göstəriblər. Onlar o vaxt Azərbaycan SSR-in tərkibində sanki əlahiddə statusa malik idilər. Hətta milli azadlıq hərəkatında fəal gənclər oğurlanaraq kilsəyə aparılır, orada işgəncəyə məruz qalırdılar.

Çünki KQB ermənilər vasitəsilə Azərbaycandakı milli azadlıq hərəkatına problemlər yaradırdı. O vaxtlar erməni kilsələrinə I Vazgen (dünyəvi adı Levon -Karapet Abramoviç Palçyan, yaxud Levon Abraami Balcyan olub) başçılıq edirdi. O, 1955-1994-cü illərdə bu vəzifəni tutub.

Həmin illərdə ermənilərin yerlərdə və dünyada törətdikləri cinayətləri, terrorları yada salsaq, Nikol Paşinyanın II Qaregini “KQB agenti” adlandırması Vazgeninin fəaliyyətində də özünü təsdiqləyər. Çünki həmin illərdə bu qurum dini müəssisələrin istisnasız olaraq hamısına müdaxilə edir, onların idarə olunmasına təsir göstərirdilər.

Ona görə də kilsəyə, daha dəqiqi, indiki katolikos adlanan keşişə Paşinyanın münasibəti daha anlaşılandır. O və komandası ölkəsində xüsusən kilsədə “KQB agentinin” söz sahibi olmasını istəmir.

Ermənilər uzun illərdir, din adı altında bu casusun xütbələrini dinləyib, onun çağırışı ilə Azərbaycan torpaqlarının işğalında iştirak ediblər. Deməli, EHK Cənubi Qafqazda fəaliyyət göstərdiyi illərdə birmənalı olaraq çar Rusiyası, sovet Rusiyası və SSRİ-nin xəfiyyə orqanlarına, təhlükəsizlik qurumlarının əində alət olub.

Nikol Paşinyan 2018-ci ildə dövlət və kilsənin sərhədləri bəlli olduğu üçün onun işlərinə müdaxilə etmək istəmədiklərini bildirib. Onun sözlərinə görə, bu sərhədi, pərdəni kilsədəkilər açıb: “Biz də onların açıq qapısından daxil olduq. Bu qapıdan sona qədər gedəcəyik. Biz çox yavaş, sistemli şəkildə, millimetr-millimetr, əziyyət verərək sona qədər gedəcəyik”.

Üçkilsə isə Baş nazirin açıqlamasını təkzib edərək onu antikonstitusion, qanunsuz və kilsə kanonlarına zidd adlandırıb. Sözügedən məruzəni isə “siyasi qisas, intiqam və kilsənin daxili həyatına qınanılan müdaxilənin təzahürüdür” kimi qiymətləndirib.

Kilsə daxilində, onun xaricdəki qurumlarında maliyyə fırıldaqlarına aid çoxsaylı faktlar, xəbərlər yayılıb. Tərəflər arasında ziddiyyət isə 2024-cü ildə arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “hərəkatdan” sonra daha da kəskinləşib. O, əvvəlcə Ermənistanın “ərazi bütövlüyü” tələbi ilə fəaliyyətə başladı. Yürüşlər keçirdi. Özünə tərəfdarlar toplayandan sonra Nikol Paşinyan və komandasının istefasını tələb etməyə başladı. Bu tələb əsasında fasiləsiz etiraz aksiyası keçirdi. Ona Rusiyayönlü müxalif qüvvələr, o cümlədən Robert Koçaryan və Serj Sarqsyanın tərəfdarları da qoşulmuşdu.

Ermənistanda bu məsələ günü-gündən dərinləşən böhrana çevrilir. Hazırda münasibətlər kəskin böhran, birbaşa qarşıdurma mərhələsinə keçid dövründədir.

Düzdür, bu il sentyabrın 24-də hökumət kilsə rəhbərliyinin tənqidi və böhranın aradan qaldırılması üçün “5 addımlıq” yol xəritəsi olan xüsusi hesabat dərc edib. Bu sənəddə islahatların yenidən nəzərdən keçirilməsi, II Qareginin vəzifədən kənarlaşdırılması, vahid kilsə nizamnaməsinin qəbul edilməsi və Milli Kilsə Məclisinin çağırılması nəzərdə tutulub.

Hadisələrə əsasən, belə qənaətə gəlmək olar ki, bir zamanlar ermənilərin xilaskarı rolunda görünən kilsə sovetlərin agentura şəbəkəsi, başçısı isə “KQB agenti”, bəlkə də “rezidenti” imiş. Dini müqəddəs sayanlar həyalarına bürünüb, din və mənəviyyat xatirinə üzüsulu kənara çəkilə bilərdilər. Bütün həya pərdəsini, hicabı aradan qaldıraraq hökumətlə qarşıdurmaya yalnız siyasiləşənlər, din adı altında hakimiyyət savaşı aparan kəsim gedə bilər.

Vaxtilə Ukraynada da oxşar hadisə baş vermişdi. 2018-ci ildə Kiyevdə keçirilən Birləşmə Məclisində Ukrayna pravoslav kilsəsi yaradılıb. Bununla da onlar Rusiya pravoslav kiləsi və Moskva Patriarxlığından ayrılmış oldular. Ukrayna hakimiyyəti 2024-cü ildə Rusiya ilə əlaqədar olan, yaxud Moskva Patriarxlığına bağlı kilsə icmalarının fəaliyyətini məhdudlaşdıran, qadağan edən qanun qəbul etdi. Belə qənaətə gəlmək olar ki, Kiyev kilsə vasitəsilə Ukraynadakı proseslərə kənar təsirin qarşısını alıb, yaxud bunu məhdudlaşdırmağa nail olub.

Odur ki, Ermənistanın da müstəqilliyinin vacib şərti asılılıq bağının aradan qalxmasıdır. İndiki şəraitdə bağ rolunda “KQB agenti” və ya “agentlər”dir. Ona görə indi onların tabe olduqları idarənin adının dəyişdiyini də ehtimal etmək olar.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür
Dünya, Siyasi, Təhlil / 07.09.2026 16:37
ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO