Ağız qoxusundan belə xilas olun – MƏSLƏHƏT

Ağızdan gələn xoşagəlməz qoxunun bir çox səbəbi ola bilər.
Rakus.az xəbər verir ki, məsələn, çürük dişlər, həzm sistemi xəstəlikləri, qurd xəstəlikləri və s. qoxunun yaranmasına səbəb olur.
Cəfəri
Cəfəri tərkibindəki flavinoidlər sayəsində qoxunu qısa zamanda aradan qaldırır, nəfəsi təravətləndirir.
Alma və kök
Həm sistemini fəallaşdıran bu ikili ağız qoxusuna səbəb olan bakteriyaları məhv etmək qabiliyyətinə malikdir.
Qatıq
Faydalı bakteriyalarla zəngin olan qatıq ağızda olan sulfid səviyyəsini aşağı salaraq, xoşagəlməz hisdən qurtulmağınıza yardımçı olur.
Çərəzlər
Qoz, fındıq, püstə, badam kimi çərəzlər ağızda bakteriyalara qarşı qoruyucu təbəqə yaradır. Tərkibindəki təbii yağlarla diş minasını qoruyaraq, həm qoxunun yaranmasına əngəl olur, həm da ağız sağlamlığı üçün çox faydalıdır.