Elm və təhsil 27.07.2026 10:51

Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO

1742-ci ildə Qacar tayfasının nüfuzlu ailəsində dünyaya gələn Ağa Məhəmməd Şah Qacar Nadir şahın ölümündən sonra parçalanmış ölkəni və Azərbaycan xanlıqlarını vahid hakimiyyət altında birləşdirməyi qarşısına əsas məqsəd qoymuşdu.

Rakus.az xəbər verir ki, bu barədə Baku TV-də Müəllif və Yaradıcı Departamentinin təqdimatı ilə müəllif-aparıcı Gülnar Muradovanın hazırladığı araşdırma materialında söz açılır.

Bildirilir ki, onun uşaqlıqda Adil şahın əmri ilə cəzalandırılması, döyüş zamanı ağır yaralanması və ya Zəki xan Zəndin qızı ilə gizli sevgi münasibətinə görə xacə edilməsi barədə müxtəlif versiyalar mövcud olsa da, bu hadisənin əsl səbəbi tarixçilər arasında hələ də mübahisə doğurur.

Qeyd olunur ki, düşmənləri xacəliyin onun şahlıq yolunda keçilməz əngələ çevriləcəyini düşünsələr də, Ağa Məhəmməd xan əsirlik illərində elm, tarix, riyaziyyat və hərbi biliklərini artıraraq azadlığa çıxdıqdan sonra qısa müddətdə güclü ordu yaratdı: “O, cənub xanlıqlarını əsasən döyüşsüz özünə tabe etdi, Şimali Azərbaycan xanlıqlarının böyük hissəsini birləşdirdi, Tiflisi ələ keçirdi, Tehranı paytaxt seçdi və Şah İsmayıl Xətainin qılıncını belinə bağlamaqla özünü Səfəvi dövlətçilik ənənəsinin davamçısı kimi təqdim etdi”.

Sonda vurğulanır ki, 1797-ci ildə Şuşada şəxsi xidmətçiləri tərəfindən yatağında öldürülən şahın başı əvvəlcə İbrahimxəlil xana, daha sonra Gürcüstan hakiminə göndərilib, meyidi isə Tehrana aparılaraq Fətəli şahın əmri ilə Nəcəfdə dəfn olunub: “Beləliklə, meyidin iki yerə bölünməsi kimi faciəli sonluq yaşayan Ağa Məhəmməd Şah Qacar tarixdə bir tərəfdən sərt və amansız hökmdar, digər tərəfdən isə parçalanmış Azərbaycan torpaqlarını vahid dövlət ətrafında birləşdirməyə çalışan qüdrətli sərkərdə kimi qaldı”.

Veriliş iyulun 26-da Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.

Ətraflı videoda baxa bilərsiniz:

XƏBƏR LENTİ
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO
Dünya, Təhlil / 16.07.2026 17:33
İranda hakimiyyətdaxili mübarizə – ABŞ-nin təxirə saldığı quru əməliyyatı – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 15.07.2026 22:46
Dini şəxsi mənafeyə çevirənlər kimlərdir? – AMİN - VİDEO
Mədəni / 15.07.2026 10:03
Ayaqqabı təmizləyən Lui de Fünes necə ulduz oldu? – RETRO BAKU - VİDEO
Gündəm, Təhlil / 13.07.2026 17:16
IV Şuşa Qlobal Media Forumu – Azərbaycan Prezidentinin dünyaya ismarışları – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 10.07.2026 16:26
Avropa Parlamentinin türklərsiz Kipr siyasəti – qərəzli və təhrif olunmuş yanaşma – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 09.07.2026 17:07
Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO