AFFA “Zirə”nin iki futbolçusunu cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rakus.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 16-cı turunda baş verənlər müzakirə olunub.
Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Zirə” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Zirə” oyununda qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunurb
“Zirə”nin futbolçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.