Mədəni 05.11.2019 10:39

ABŞ-da 9 yaşında hekayələr kitabı nəşr olunan azərbaycanlı qız - FOTO

Fatima Askerin cəmi 11 yaşı var. ABŞ-ın Şimali Karolina ştatında yaşayır. Hələ 3-cü sinifdə oxuyarkən ilk kitabı ABŞ-da ingilis dilində işıq üzü görüb. Bəlkə də dünyada yaşayan yaşca ən kiçik azərbaycanlı yazıçıdır…

O, 2008-ci ilin fevral ayının 12-də, qarlı, şaxtalı bir gündə, Kanadada dünyaya gəlib. Həmin gün termometrin şkalası mənfi qırx beş dərəcəni göstərirdi…
Hazırda Şimali Karolina ştatının Greensboro şəhərindəki tədris ocaqlarının birində 6-cı sinifdə oxuyan Fatima çox maraqlı qızdır. Yazıçılara xas olan keyfiyyətləri yetərincədir. Ciddi görkəmi, dərindən düşünmə qabliyyəti, iti zəkası onu daha əzəmətli göstərir. Səliqəli geyinməyi xoşlayır. Dərslərini yaxşı oxuyur, oxuduğu məktəbin əlaçı şagirdlərindən biridir…

Elman Eldaroğlu adlı şəxsin şəkli.

…Atası Əli Əsgərov ABŞ-ın Şimali Karolina Universitetinin professorudur. Anası Şəlalə Bayramova autizm cəmiyyətində inzibati işdə çalışır. Özündən böyük qardaşı Tekin isə 10-cu sinifdə oxuyur…

Elman Eldaroğlu adlı şəxsin şəkli.

Fatimanın “Aya və Maya” adlı ilk hekayələr kitabı uğurlu olub. Nyu York və Mayamidə keçirilən kitab sərgisində nümayiş etdirilib. Satışından iki dəfə qonarar alıb. Hazırda növbəti kitabın üzərində işləyir. Dediyinə görə, bu kitab son illərdə ərsəyə gətirdiyi poveslərdən ibarət olacaq…

Elman Eldaroğlu adlı şəxsin şəkli.

Mütaliə etməkdən zövq alır. O qədər sürətli oxuyur ki, gündə 200-250 səhifə mütaliə edə bilir. Məktəbdə ən çox kitab oxuyan şagird kimi nüfuz qazanıb, adı həmişə iftixarla çəkilir. İdmanın yüngül atletika növü ilə məşğul olmağı xoşlayır. Gözəl rəqs edir, pianoda səlis ifa etməyi bacarır…

Azərbaycan, ingilis dillərində sərbəst danışan bu istedadlı soydaşımızın ən böyük arzusu həm yazıçı və həm də diş həkimi olmaqdır. İstəyir ki, qazandığı uğurlarla Azərbaycana başucalığı gətirsin…

Yaşı az olsa da müdriklər kimi düşünməyi bacarır. Saf və xoş niyyətli insandır. Azərbaycanda yaşayan həmyaşıdlarına isə tövsiyyəsi belə oldu:
-“İstəyirəm ki, azərbaycanlı uşaqlar dərslərini yaxşı oxusunlar. Yaradıcı düşüncələrlə yaşasınlar. İdmanla mütəmadi məşğul olsunlar. Uğurlara imza atmağın bir yolu var- çalışmaq, çalışmaq, yenə də çalışmaq”…

Elman Eldaroğlu
[email protected]

XƏBƏR LENTİ
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür