Dünya 03.01.2020 23:39

ABŞ-dan Rusiyaya diplomat həmləsi – Ukraynaya ciddi dəstək – TƏHLİL - FOTO

ABŞ-ın Ukraynadakı diplomatik nümayəndəliyi rəhbərinin müavini Kristina Kvien ABŞ-ın Kiyevdəki səfirliyində müvəqqəti işlər müvəkkili təyin edilib.

Rakus.az xəbər verir ki, yanvarın 2-də “Facebook”da yayımlanan videoda Kristina Kvien Birləşmiş Ştatların Ukraynaya “güclü dəstək siyasətinin dəyişməz qaldığını” deyib: “Səfirliyimizin komandası Ukrayna hökuməti və vətəndaş cəmiyyəti ilə sıx tərəfdaşlığa davam edəcək və Ukraynanın suverenliyini və ərazi bütövlüyünü, gələcəkdə çiçəklənən Avropa ölkəsi olması üçün islahatlarını dəstəkləyəcək”.

Kvien 2019-cu il mayın 18-dən bu vəzifədə çalışır. O, ilin sonunda istefa verən Vilyam Teyloru əvəzləyəcək.

Teylor dekabrın 31-də videomüraciətində ukraynalılarla vidalaşaraq, Ukraynanın gələcəyi ilə bağlı “çox nikbin” olduğunu deyib.

Vilyam Teylor Prezident Donald Trampın imöimenti ilə bağlı Konqredsə keçirilən dinələmələrdə ifadə verdikdən sonra siyasi diqqət mərkəzinə çevrildi.

Onun müdiri olduğu əməkdaşlardan biri Trampın ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlanddan Ukrayna hökumətindən prezidentin qarşıdan gələn seçkilərdə əsas rəqibi ola biləcək Co Bayden üzərində təhqiqat aparmağı xahiş etdiyini telefon danışı zamanı kənardan eşitdiyini söyləmişdi.

ABŞ-ın Aİ-dakı səfiri Qordon Sondland Konqresdə ifadə verir.
ABŞ-ın Aİ-dakı səfiri Qordon Sondland Konqresdə ifadə verir.

ABŞ Nümayəndələr Palatası dekabrın 19-da Prezident Donald Trampı öz siyasi mənfəəti xatirinə prezident səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin onun əməllərini araşdırmaq səylərini əngəlləməkdə ittiham edərək onun impiçmentinə səs verdi.

Partiya xətti üzrə bölünən səsvermədə palatada çoxluq təşkil edən Demokratların mütləq əksəriyyəti iki impiçment maddəsini təsdiq edərək Trampı 243 illik ABŞ tarixində üçüncü impiç edilən prezident etdi.

İyulun sonunda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Baydenlər üzərində təhqiqata çağıran Tramp həmin vaxt Rusiyapərəst separatistlərlə müharibə aparan Kyivə çatacaq 391 milyon dollarlıq hərbi yardımı müvəqqəti dayandırmışdı.

Tramp sonradan həmin vəsaitin Ukrayanya verilməsini təsdiqləmişdi ki, bir çox Respublikaçıların nəzərində bu, quid pro quo – yəni Baydenlər üzərində təhqiqat müqabilində Ukraynaya hərbi yardımın verilməsi barədə ittihamları heçə endirir.

Nümayəndələr Palatasında impiçmentin birinci maddəsi (səlahiyyətlərdən sui-istifadə) 230:197 səslə, ikincisi (Konqres araşdırmasını əngəlləmək) isə 229:198 səslə qəbul edilib.

XƏBƏR LENTİ
Mədəni, Siyasi / 25.05.2026 15:44
Yurd, el-oba nisgili ilə yaşayan Ardanış İcmasının bayram tədbiri – GENİŞ ÖZƏT
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO