“Ayağımı yumağa 5 manat alır” – “Arzunun vaxtı” - VİDEO
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Arzu Səfərovanın “Arzunun vaxtı” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, budəfəki buraxılışda I qrup əlilliyi olan Rəşaid Poladov yaşadığı çətinliklərdən, ailə münasibətlərindən və üzləşdiyi insanlıq imtahanlarından danışıb.
O, yaşadığı fiziki məhdudiyyətə baxmayaraq, nümayiş etdirdiyi nikbinliyini belə ifadə edib: “Özümdən razıyam. Çox şükür ki, Allah məni belə yaradıb, əlli-qollu yaratmayıb. Çünki əli-qolu sağlam olan insanları görürəm, hamısı başqasından asılıdır. Mənə belə uzun qol verib, sonra torpaqda çürüyüb heç nəyə razı olmamaqdansa, Allahın verdiyinə şükür edirəm. Mənim bu vəziyyətdə olmağım həm də digər insanlar üçün bir insanlıq imtahanıdır”.
Satrancındaki bəzi insanların insafsızlığından gileylənən Rəşaid Poladov yaşadığı acı reallığı belə paylaşıb: “Ayağımı yumağa belə gücüm çatmır. Bir nəfər gəlib əl-ayağımı yuyur və müqabilində 5 manat istəyir. İhtiyacı olduğunu düşünüb o pulu verirəm. Lakin ikinci dəfə gələndə artıq bu işi görməyi özünə sığışdırmır, naz edir. Təəssüf ki, mərd adam çox azdır, hamısı söz verir, amma vədinə əməl etmir. Ağızdolusu söz verirlər, lakin vaxtı çatanda sözlərinin arxasında durmurlar”.
Veriliş oktyabrın 13-də Baku TV-nin YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














