Elm və təhsil 24.07.2026 11:24

İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə

Göyçə mahalının tanınmış maarifçisi, müəllimi, din alimi və el ağsaqqalı Kərəm Kərbəlayı İsaq oğlu Həsənzadə ömrünü elmə, mənəviyyata və xalqına xidmətə həsr etmiş görkəmli ziyalılardan idi.

1899-cu ildə Göyçə Mahalının Çəmbərək rayonunun Ardanış kəndində anadan olan Kərəm Həsənzadə Gəncədə Şah Abbas məscidinin nəzdindəki mədrəsədə mükəmməl təhsil almış, ilahiyyatla yanaşı fəlsəfə, tarix, coğrafiya, astronomiya, təbabət və müsəlman hüququnu öyrənmişdir. O, ərəb, fars, türk, rus, gürcü və erməni dillərini bilirdi.

Uzun illər Göyçə mahalının müxtəlif kəndlərində, o cümlədən Ardanış və Cil kəndlərində müəllimlik etmiş, gənclərin savadlanmasına və mənəvi tərbiyəsinə töhfə vermişdir.

Sovet hakimiyyətinin dinə və milli-mənəvi dəyərlərə qarşı sərt qadağalarına baxmayaraq, Kərəm Həsənzadə öz əqidəsinə sadiq qalmış, Göyçə və Gədəbəy bölgəsində yüzlərlə insana Qurani-Kərimi öyrətmiş, insanları haqqa, ədalətə, halallığa və yüksək əxlaqa çağırmışdır. O, xalq arasında müdrik insan, savadlı din alimi və nüfuzlu el ağsaqqalı kimi böyük hörmət qazanmışdır.

Kərəm Həsənzadə həm də nümunəvi ailə başçısı olmuş, 12 övlad (6 oğul, 6 qız) böyütmüşdür. Bu gün onun 53 nəvəsi, çoxsaylı nəticə və kötücələri müxtəlif sahələrdə bilikləri, peşəkarlıqları və yüksək mənəvi keyfiyyətləri ilə cəmiyyətə və dövlətə ləyaqətlə xidmət edir, onun qoyduğu mənəvi irsi yaşadırlar.

Kərəm Kərbəlayı İsaq oğlu Həsənzadənin ömür yolu elmə, mənəviyyata, Vətənə və xalqa sədaqətlə xidmətin parlaq nümunəsidir. O, 1966-cı il iyulun 24-də haqqın dünyasına qovuşub. Onun vəfatının 60-cı ildönümündə bu böyük maarifçi və ziyalının əziz xatirəsini dərin ehtiramla yad edir, Uca Allahdan ona rəhmət diləyirik.

Ruhu şad, məqamı cənnət olsun!

XƏBƏR LENTİ
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO
Dünya, Təhlil / 16.07.2026 17:33
İranda hakimiyyətdaxili mübarizə – ABŞ-nin təxirə saldığı quru əməliyyatı – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 15.07.2026 22:46
Dini şəxsi mənafeyə çevirənlər kimlərdir? – AMİN - VİDEO
Mədəni / 15.07.2026 10:03
Ayaqqabı təmizləyən Lui de Fünes necə ulduz oldu? – RETRO BAKU - VİDEO
Gündəm, Təhlil / 13.07.2026 17:16
IV Şuşa Qlobal Media Forumu – Azərbaycan Prezidentinin dünyaya ismarışları – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 10.07.2026 16:26
Avropa Parlamentinin türklərsiz Kipr siyasəti – qərəzli və təhrif olunmuş yanaşma – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 09.07.2026 17:07
Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO
Dünya, Hərbi, Təhlil / 06.07.2026 17:43
Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 03.07.2026 16:54
Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO